Icma.az
close
up
RU
FAO: Rəqəmsal texnologiyalar arıçılığın inkişafına kömək edir

FAO: Rəqəmsal texnologiyalar arıçılığın inkişafına kömək edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Ümumdünya Bal Arısı Günü qeyd olunur. Bu vacib gündə hamımızın - istər hökumətin, istər vətəndaş cəmiyyətinin, istərsə də aidiyyəti vətəndaşların bal arılarının yaşayış yerlərini qorumaq və yaxşılaşdırmaq, onların sayını və müxtəlifliyini artırmaq, davamlı arıçılığı təmin etmək üçün tədbirləri müdafiə etmək imkanı var.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanmış “Arıçılıq üçün rəqəmsal texnologiyalar və həllər” nəşrində innovativ texnologiyaların bu həyati təcrübənin qorunub saxlanmasına, məhsuldarlığın artırılmasına və arıçıların köklü təcrübə, bilik və bacarıqlarını tamamlamağa necə kömək etdiyi təhlil edilir.

Kiçikmiqyaslı arıçı fermerlər adətən 50 ilə 100 arasında bal arısı koloniyalarını idarə edirlər. Onlar kənd təsərrüfatının ayrılmaz hissəsidir və məhsuldarlığın artırılmasına, biomüxtəlifliyin qorunmasına töhfə verməklə əsas tozlandırma xidmətlərini təqdim edirlər. Hesabatda vurğulanır ki, istər bir neçə, istərsə də yüzlərlə pətəyi idarə edən arıçılar kənd təsərrüfatının davamlılığının təmin edilməsinə töhfələri vacib olan kiçikmiqyaslı və ya ailə fermerləri hesab olunurlar.

Dövlət və özəl sektorlardan, akademik dairələrdən, vətəndaş cəmiyyətindən olan arıçılıq üzrə ekspertlər nəşrdə təqdim olunan yenilikləri nəzərdən keçirib təsdiqləyib, həll yollarının kiçik fermerlər üçün nə qədər istifadəçi dostu olduğuna diqqət yetiriblər. Ənənəvi arıçılıq biliklərini tamamlamaq üçün hazırlanmış innovativ həllər arıçılara vaxta qənaət etməyə, məlumatlı olmağa və potensial problemlərə tez cavab verməyə kömək edir. Elektron pətək tərəziləri və qeyd aparan proqramlar kimi alətlər qərar qəbuletmə və pətək idarəçiliyini təkmilləşdirmək üçün real vaxt məlumatları və fikirləri təmin edir.

Rəqəmsal texnologiyalar arıçıların təcrübəsini əvəz etmək üçün nəzərdə tutulmayıb. Əksinə, onlar arıçılığı asanlaşdıran qiymətli yardımçı kimi xidmət edirlər. Məsələn, elektron pətək tərəziləri arıçılara pətəklərin çəkisini uzaqdan izləməyə imkan verir, tez-tez aparılan fiziki yoxlamalara ehtiyacı azaldır. Mühasibat proqramları pətəklərin sağlamlığını, bal istehsalını və digər mühüm göstəriciləri izləməyə şərait yaradır, arıçıların daim müasir tələblərə hazırlıqlı olmasını təmin edir.

Bu alətlər arıçıların və tədqiqatçıların bilik və təcrübələrini tamamlayır, amma fərdi zəhmətin dəyərini əvəz etmək üçün nəzərdə tutulmur. Bununla belə, onların arıçılıq sənayesindəki rolu çox böyükdür: yeni texnologiyalar ayrı-ayrı arıçılara praktiki, gündəlik faydalar təklif edir.

Bir tərəfdən, elektron arı tərəziləri kimi sadə, ucuz, istifadəsi asan həllər koloniyaların sağlamlığına nəzarət etmək üçün arıxanalara tez-tez baş çəkmək vaxtını və xərclərini azaltmaqla fərdi arıçıların işini optimallaşdıra bilər. Digər tərəfdən, bəzi qərarların qəbul edilməsində əsas amil onların iqtisadi məqsədəuyğunluğu olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri