Icma.az
close
up
RU
Bu dövlətlərlə əməkdaşlıq bizi qlobal risklərdən qurtaracaq Ziyad Səmədzadədən AÇIQLAMA

Bu dövlətlərlə əməkdaşlıq bizi qlobal risklərdən qurtaracaq Ziyad Səmədzadədən AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanın beynəlxalq səviyyədə daha güclü və təsirli mövqe tutması, həm ölkənin iqtisadiyyatına, həm də regional və qlobal müstəvidə daha geniş imkanlar yaratmaq məqsədini daşıyır. Bu inkişaf Azərbaycan üçün iqtisadiyyatın diversifikasiyasına və yeni bazarlara çıxış imkanı yaradacaq".

Bu sözləri Redaktor.az-a alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə Azərbaycanın D-8-ə üzv olmasını şərh edərkən dedi. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əməkdaşlıqda fəal iştirak edir və dünya üzrə 150-dən çox ölkə ilə ticarət və iqtisadi əlaqələr qurur.

"Azərbaycan dinamik inkişaf edən qalib ölkədir. Azərbaycanı dünyada tanıyanların sayı ildən-ilə artır. Bu da cənab prezidentin apardığı çox uğurlu müstəqil siyasətinin nəticəsidir. Azərbaycan dövləti beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. Dünyanın 150-dən çox ölkəsi ilə ticarət, iqtisadi əlaqələri vardır. Bu əlaqələrin strukturu ildən ilə təkmilləşib, dinamikasında müsbət meyillər güclənir. Yeni bir təşkilata üzv olması isə İslam dünyasının, bütövlükdə Şərqlə Qərb arasındakı boşluqları doldurmaq üçün bir vasitədir. Azərbaycan COP29-a sahiblik etdi, Qoşulmama Hərəkatına sədrlik etdi. Bu kimi təşkilatlara Azərbaycanın sədrlik etməsi, eyni zamanda Azərbaycanın ildən-ilə artan nüfuzunu göstərir. Mən əminəm ki, bu təşkilata daxil olmağımız Azərbaycanın iqtisadi inkişaf imkanlarını genişləndirəcək, bizim iqtisadi əlaqələrimizin coğrafiyasına öz müsbət təsirini göstərəcək".

Deputat Azərbaycanın ticarət və iqtisadi əlaqələrinin 90-cı illərdən əvvəlki dövrü ilə müqayisədə köklü şəkildə dəyişdiyini bildirdi.

"Ümumiyyətlə, Azərbaycanın müstəqillik illərində iqtisadi əlaqələrinin coğrafiyası köklü dərəcədə dəyişib. Əgər biz 90-cı illərə qədər əsas müttəfiq kimi iqtisadi əlaqələrimizin xeyli hissəsi SSRİ-nin, ona daxil olan respublikaların payına düşürdüsə, bu gün bizim əlaqələrimizin strukturunda həm Şərq ölkələri, həm Qərb ölkələri öz rolunu artırır. Ən vacib nəticələrdən biri ondan ibarətdir ki, Azərbaycanın türkdilli dövlətlərlə əməkdaşlığı genişlənir. D-8-in strukturunda elə ölkələr var ki, onların iqtisadi potensialı güclüdür. Türkiyə, Səudiyyə Ərəbistanı, Qatar həmin dövlətlərdəndir. Bizim onlarla əməkdaşlığımızın inkişafı heç şübhəsiz ki, öz müsbət təsirini göstərəcək və bizi qlobal risklərdən qurtaracaq. Çünki qloballaşmanın müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də vardır. Azərbaycanın potensial imkanlarının haqsız rəqabətdən qorumaq imkanları genişlənir. Bir var ki, bir mərkəzdən Azərbaycana təzyiqlər artır, amma indi Azərbaycan bu təzyiqlərdən qorunmaq üçün əlaqələrinin coğrafiyasını genişləndirir, regional əməkdaşlığa üstünlük verir. Mən əminəm ki, qarşıdakı dövrdə bu struktura daxil olmaq nəticəsində Azərbaycanın iqtisadi əlaqələrinin coğrafiyasında xeyli dəyişikliklər əmələ gələcək", - deyə Z.Səmədzadə bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri