Icma.az
close
up
RU
“Bu duruma düşməyimizin səbəbkarı futbol ictimaiyyətidi” 0:6nın günahı kimin üzərindədi?

“Bu duruma düşməyimizin səbəbkarı futbol ictimaiyyətidi” 0:6nın günahı kimin üzərindədi?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən millimiz Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveç qarşısında darmadağı oldu və D liqasına yuvarlandı.

İndi ölkədə 7-dən 77-yə hər kəs son nəticəni müzakirə edir. Millətlər Liqasındakı uğursuz nəticədə futbolçuların günahı nə qədərdi? Bəs Fernando Santuşla AFFA-nın? “Football-plus.az” bu sualları təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladı:

“İsveçlə oyunda qələbə qazanacağımıza inanmırdım. İkili mübarizələrdə çox aciz görünürdük. Fərdi səhvlərə həddən artıq çox yol verdik. Qapımızda qollar gördüyümüz epizodlarda rəqibin üzərinə getmək əvəzinə geri çəkilirik. Bəhlul və Rza fərdi səhvlərə yol verdi. Rza yaxın küncə yıxılır, uzaq küncü buraxır. Belə səhvlər də oldu. 5 müdafiəçi ilə oynamaq özünü doğrultmadı. Mənə elə gəlir ki, başqa strategiya seçmək lazım idi. Meydanın mərkəzində hər şeydə rəqibə uduzduq. Bu azmış kimi, cərimə meydançasının içində də uduzduq. Bütün bunların hamısı darmadağına gətirib çıxardı. İkili mübarizələrdə aciz qalmağımız onu göstərirdi ki, fiziki baxımdan hələ hazır deyilik. Zamiqin səhvindən, ümumiyyətlə, danışmıram. Gəncləri meydana buraxmaq, heyəti cavanlaşdırmaq yaxşıdı. Amma birdən-birə də olmaz. Heç oynamayan bir oyunçunu belə durumda müdafiənin mərkəzinə buraxmaq riskli oldu. Hamının günahı var. AFFA-nın nə qədər günah payı olduğunu bilmirəm. Hər şeyə cavabdehdi deyə, AFFA da müəyyən pay sahibidi. Bu duruma düşməyimizin səbəbkarı futbol ictimaiyyətidi. Futbol ictimaiyyətində kimlər varsa, - AFFA, sizli-bizli - hardasa səhvə yol vermişik”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see206

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see163

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see155

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see132

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see131

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri