Icma.az
close
up
RU
“Bu düzəliş strateji tərəfdaşlıq sazişinin reallaşmasına əngəl ola bilər” Politoloq

“Bu düzəliş strateji tərəfdaşlıq sazişinin reallaşmasına əngəl ola bilər” Politoloq

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“907-ci düzəlişin ləğvi çoxmərhələli prosesdir, indi birincisi, yəni təşəbbüs mərhələsi başlayıb. Sonra komitələrdə müzakirələr aparılacaq, ardınca ümumi müzakirələrə çıxarılacaq. Çox güman ki, ermənipərəst qüvvələr, erməni lobbisi və onlara pərəstiş edən müxtəlif siyasətçilər buna maneəçilik törətməyə çalışacaqlar. Ancaq yəqin ki, bir çox məsələ indiki ABŞ administrasiyasının iradəsindən, istəyindən asılıdır”.

Bu barədə 525.az-a politoloq İlqar Vəlizadə ABŞ Konqresinə  907-ci düzəlişin tam ləğvinə dair təqdim edilən qanun layihəsi barədə danışarkən deyib.

O bildirib ki, hələ vaxt var, ABŞ administrasiyası yeni işə başlayıb, təxminən bir ildir fəaliyyət göstərir. Yəqin ki, önümüzdəki illər ərzində bu təşəbbüsü reallaşdırmaq mümkün olacaq. Hər halda belə ümidlər var.

Politoloq avqust ayında dövlət başçılarının Vaşinqtonda keçirilən  görüşünə diqqət çəkərək deyib ki, həmin görüşdə Azərbaycan və ABŞ arasında daha bir vacib razılıq əldə olunub:

“Söhbət Strateji Tərəfdaşlıq Xartiyasından gedir. Deməli, tərəflər yaxın müddət ərzində strateji münasibətlərlə bağlı saziş bağlamalıdırlar, yəni onun üzərində iş gedir. Bununla bağlı açıqlamalar da olub, hətta belə fikir səsləndirilib ki, bu iş yarım il ərzində başa çatmalıdır və saziş layihəsinin mətni tərəflərə təqdim edilməlidir. İndi 907-ci düzəlişlə bağlı addımın atılması da onu göstərir ki, proses artıq başlayıb, iş gedir. Əgər strateji tərəfdaşlıqla bağlı qərar qəbul olunsa, bu qərar 907-ci düzəliş aradan qaldırılmadan nə dərəcədə bir-biri ilə uyğunluq təşkil edə bilər. Yəni 907-ci düzəliş əslində bu sənədin reallaşmasında böyük bir əngəl olacaq. Ona görə də bu, nonsesdir. Bir tərəfdən sən strateji əməkdaşlıqdan, öz maraqlarının regionda təmin olunmasından, hətta genişləndirilməsindən danışırsan, digər tərəfdən Konqresin qəbul etdiyi düzəliş həmin bu sənədi əngəlləyir. Əlbəttə ki, bu, hüquqi-siyasi nonsesin aradan qaldırılması üçün tərəfdaşlıqla bağlı saziş mühüm rol oynaya bilər. Ümidlər artır, düşünmək olar ki, yaxın illərdə qərəzli 907-ci düzəliş aradan qaldırılacaq”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri