Bu əlamətlər sizdə də varsa, diqqət edin! Hipertoniyanın xəbərçisi ola bilər
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Cəmiyyət arasında kifayət qədər yayılmış olmasına baxmayaraq, çox vaxt fərq edilməyən hipertoniya, yəni yüksək qan təzyiqi, mütəxəssislərə görə səssiz irəliləyən ən təhlükəli sağlamlıq problemlərindən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu xəstəlik illərlə heç bir əlamət vermədən ürək, böyrək və beyin kimi həyati orqanlara ciddi zərər verə bilər.
Qaynarinfo xəbər verir ki, kardiyologiya üzrə mütəxəssis Dos. Dr. Mehmet Kaplan yüksək qan təzyiqinin adətən gizli şəkildə irəlilədiyini vurğulayaraq belə deyib:
"Hipertoniya çox vaxt əlamətsiz irəliləyir. Lakin bəzi xəstələrdə baş ağrısı, başgicəllənmə, ürək döyüntüsü, yorğunluq və ya burun qanaması kimi şikayətlər ilə özünü göstərə bilər. Bu əlamətlər gözardı edilərsə, ürək tutması, insult və ya böyrək çatışmazlığı kimi ciddi nəticələrlə qarşılaşmaq mümkündür".
Mütəxəssislər bildirirlər ki, başgicəllənmə, baş ağrısı və ürək döyüntüsü kimi gündəlik həyatda tez-tez rast gəlinən şikayətlər əslində yüksək qan təzyiqinin erkən siqnalları ola bilər. Bu səbəbdən qan təzyiqinin mütəmadi ölçülməsi böyük əhəmiyyət daşıyır. Əvvəllər əsasən yaşlılarda rast gəlinən hipertoniya, bu gün gənc nəsildə də sürətlə artmaqdadır. Dos. Dr. Kaplan qeyd edir ki, bu vəziyyət birbaşa müasir həyatın gətirdiyi stress, düzgün qidalanmama və hərəkətsizliklə əlaqəlidir:
"Artıq 30 yaşlı fərdlərdə belə yüksək qan təzyiqi ilə qarşılaşa bilirik. Buna görə də sağlam qidalanma, mütəmadi idman və duz qəbulunun azaldılması hipertoniya nəzarətində ən təsirli tədbirlərdən biridir".
Dos. Dr. Kaplan əlavə edib ki, hipertoniya nəzarət altına alınabilən bir xəstəlikdir: "Yüksək qan təzyiqindən qorxmayın, gecikməkdən qorxun. Erkən diaqnoz və şüurlu həyat tərzi sayəsində hipertoniya zərərlərini minimuma endirmək mümkündür".
Aydın
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:68
Baxış sayı:68 Bu xəbər 31 Oktyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















