Oğlumu bıçaqlayıb dərəyə atıblar : Meyiti tapılan şəxsin anasından şok iddia
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Göygöldə dərədən meyiti tapılan 40 yaşlı kişinin qətlə yetirildiyi iddia olunub.
Modern.az xəbər verir ki, bunu meyiti aşkarlanan Sabiq Quliyevin anası Rəna Quliyeva bildirib. Mərhumun anasının sözlərinə görə, onun oğlunu öldürüb dərəyə atıblar.
"Evdə oturmuşdum. Xəbər gəldi ki, oğlumu bıçaqlayıb dərəyə atıblar. Biz də gəlib gördük ki, oğlumun meyitini tullayıb qaçıblar. Bütün qurumlardan xahiş edirəm, mənim oğlumun qatilini tapsınlar. Oğlum dünən evdən çıxıb qayıtmamışdı. Evdən çıxanda dedi ki, ana, gedirəm əhəng alım gəlim. Öz evimizi təmir edirdi, həyətimizdə təmizlik işləri aparırdı. Oğlumu öldürüb məni düzdə qoydular. O boşanmışdı, iki azyaşlı oğlu var", - deyə ölən şəxsin anası bildirib. (Mənbə:Unikal)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Fevral 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















