Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Arxeoloqlar ABŞ-ın Montana ştatındakı Bertut (Beartooth) dağlarında, dəniz səviyyəsindən təxminən 2700 metr hündürlükdə qədim daş alətlər aşkarlayıblar.
Bizim.Media xəbər verir ki, tapıntıların təxminən 13 min il əvvəl Şimali Amerikada yaşamış "Klovis" (Clovis) mədəniyyətinin nümayəndələrinə aid olduğu ehtimal edilir.
Əvvəllər alimlər həmin dövrdə bu yüksəkliklərin buzlaqlarla örtülü olduğunu və yaşayış üçün yararsız sayıldığını düşünürdülər. Yeni tapıntılar regionun iqlimi və məskunlaşma tarixi haqqında təsəvvürləri dəyişir.
Böyük hündürlükdə yerləşən zəngin alətlər kolleksiyası 2022-ci ildə baş verən güclü sel və eroziya nəticəsində torpaq qatlarının açılması ilə üzə çıxıb.
Qədim ovçuların bu yüksək dağlıq ərazilərdən mamont və bizon ovlamaq üçün istifadə etdiyi ehtimal olunur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Oktyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















