Icma.az
close
up
RU
Bu ərazidəki tıxacın qarşısı belə alınacaq Video

Bu ərazidəki tıxacın qarşısı belə alınacaq Video

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sürətli məskunlaşma və tələbat fonunda Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.

Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

"Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar.

Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi–“20 Yanvar”–Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq.

Hazırda Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.

Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək.

Sumqayıt-Xırdalan istiqamətindən metronun “Nəriman Nərimanov” stansiyasına hərəkət edən sərnişinlər, “20 Yanvar” dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək “20 Yanvar” dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq", - məlumatda bildirilib.

Layihə barədə ətraflı BURADAN məlumat ala bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 İyun 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri