Icma.az
close
up
RU
Bu ərazidən ev almayın: Paytaxtın problemli yaşayış massivi

Bu ərazidən ev almayın: Paytaxtın problemli yaşayış massivi

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Albalı bağlar yaşayış massivində yaşayan sakinlər uzun müddətdir məişət problemləri ilə üz-üzə qalıblar.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, ərazidə nə kanalizasiya infrastrukturu mövcuddur, nə də içməli su xətti çəkilib. Bundan başqa, yaşayış massivində küçə işıqlandırması və məişət tullantıları üçün konteynerlər də quraşdırılmayıb.

Sakinlər bildirirlər ki, azacıq yağıntı yağan kimi yollar tamamilə yararsız hala düşür. Xüsusilə məktəbə gedən uşaqlar üçün vəziyyət daha çətin olur. Valideynlər deyirlər ki, palçıq və çökəkliklər səbəbindən övladları hər gün risk altında evdən çıxır.

Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günədək problemlə maraqlanan olmayıb. Onların əsas tələbi əraziyə içməli suyun çəkilməsi, zibil qutularının yerləşdirilməsi və normal yaşayış şəraitinin yaradılmasıdır. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurumun mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastrukturun qurulması və subasma hallarının qarşısının alınması məqsədilə tikinti-quruculuq işləri aparılır:

"Sözügedən ərazidə də tullantı su təchizatı mərhələli şəkildə qurulacaq".

Sıradan çıxan yolların nə zaman düzəldiləcəyi, ərazinin işıq dirəkləri və zibil konteynerləri ilə təmin olunması məsələsi ilə bağlı isə Sabunçu Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağada da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Bildirilib ki, Maştağa qəsəbəsi, 49-cu Maştağa küçəsində yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Həmçinin küçə işıqlarının quraşdırılması ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin Sabunçu təmir-bərpa sahəsinə, məişət tullantılarının atılması üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi üçün isə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilib.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri