Icma.az
close
up
RU
Bu ərazilərdən ev ALMAYIN: 1 mənzil 3 4 nəfərə SATILIRMIŞ...

Bu ərazilərdən ev ALMAYIN: 1 mənzil 3 4 nəfərə SATILIRMIŞ...

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Bəs görəsən, daşınmaz əmlak alanda onun təhlükəsizliyindən necə əmin ola bilərik? Bunun üçün kimə və ya hara müraciət etmək lazımdır? Mənzilin sığortalanması bizi nələrdən qoruya bilər?

Bakupost.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Lent.az-a açıqlamasında həyət evi və ya mənzil alarkən mütəxəssislərlə məsləhət etməyin lazım olduğunu bildirib:

"Ev, mənzil, eləcə də obyekt almaq taleyüklü məsələdir. İnsan ömründə bir neçə dəfə bir qərar qəbul edir. Ev almaq istəyini qohum, dost-tanışla yox, mütəxəssislərlə məsləhətləşmək lazımdır. Ya qiymətləndirmə, ya rieltor, ya da konsaltinq şirkətləri ilə məsləhət edərək qərar vermək lazımdır. Çünki onlar mənzil-tikinti kooperativlərini, binaların inşasında istifadə olunan materialların keyfiyyətini, MTK-ların çalışma prinsipini, evin yerləşdiyi ərazini, infrastrukturu, xəstəxanaya, uşaq bağçasına, məktəbə, ticarət mərkəzlərinə məsafəsini, yaxınlığından keçən metro, marşrut avtobusu, eləcə də gələcəkdə quraşdırılacaq tramvay kimi alternativlərin həmin ərazidə olub-olmamasını bilirlər. Əlbəttə, bu amillər də qiymətə təsir göstərir. Bu baxımdan mütəxəssislərə müraciət böyük önəm kəsb edir.

Vətəndaşlar fərdi qaydada qərar qəbul edəndə bəzi problemlərlə üzləşirlər: ya MTK-ların keçmiş tarixi "təmiz" olmur, buna görə də ev alan şəxs aldadılır, ya sənədləşmə problemi yaşanır, ya binada aşınma daha sürətlə gedir, yada ki, inşaat materialları keyfiyyətsiz çıxır.

Dünyada tikintinin keyfiyyətini, şüalanma dərəcəsini belə, ölçüb müəyyənləşdirirlər. Bizdə isə kosmetik görüntüyə, viziuallığa əsas verilir. Bu isə çox böyük təhlükələrlə qarşılaşmağa imkan yaradır. Məhz bu səbəblərdən işi mütəxəssislərə həvalə etmək, müqavilə bağlamaq lazımdır. Müqavilədən sonra baş verən hər hansısa hadisə, yaxud keyfiyyətlə bağlı problemlər həmin şirkətdən tələb olunmalıdır, öhdəliklər götürülməlidir. Satış rieltor vasitəsi ilə təkcə qazanc əldə etmək demək deyil. Müqavilədə satışda olan binanın həqiqətən də müasir standartlara və keyfiyyət göstəricilərinə cavab verib-vermədiyini, eləcə də, fasiləli ödənişlərin sonunda hazır olmamış bina təhvil verilib-verilməyəcəyi göstərilməlidir.Bütün bu detalları mütəxəssis özü hesablayıb, öhdəlik götürməlidir. Bunun qarşılığında da həmin şirkətə ödəniş edilməlidir.

Ataların da dediyi kimi "ucuz ətin şorbası olmaz". Daşınmaz əmlak alanda işin ucuzuna qaçanlar sonradan daha çox xərclərə düçar olurlar. Bu cür ağır və məsuliyyətli qərarı şirkətlərlə danışmaq, müzakirə eləmək lazımdır ki, sonra hansısa düzəlməsi mümkün olmayan problemlə üz-üzə qalmasınlar".

V.Oruc vurğulayıb ki, ev alanda sonradan problemlərin yaranmaması üçün sürüşmə zonaları istisna olmaqla, digər ərazilərin o qədər də önəmi yoxdur:

"Ola bilər ki, mənzil tikilən ərazi əvvəllər gölməçələrdən ibarət olsun, sonradan doldurulsun. Yaxud onun inşasında istifadə olunan tikinti materialları keyfiyyətsiz olsun və ya bünövbərinin qoyulmasında lazımi bərkidilmə işləri aparılmasın, işçi iş müddətində Fövqəladə Hallar Nazirliyi tərəfindən tələb olunan təhlükəsizlik və digər məsələlərə əməl etməsin. Bütün bu amillər tikintidə natamamlıq yaradır. Bu hadisələrdən sığortalanmaq üçün müqavilə ilə işi başqa şirkətə ötürmək olar".

AQC sədri vurğulayıb ki, Azərbaycanda daşınmaz əmlakın sığortalanması formal xarakter daşıdığı üçün vətəndaşlar buna o qədər də meyil etmirlər:

"Düşünürəm ki, sığorta prosedurlarında və qaydalarında dəyişikliyə ehtiyac var. Dəyərindən asılı olmayaraq bütün evləri formal sığorta etdirmək məqsədə müvafiq deyil. Dəyəri çox olan ev və yaxud mənzil yüksək qiymətə, dəyəri az olan əmlaklar isə aşağı qiymətə sığortalanmalıdır. Bu halda sığorta şirkəti də ciddi maliyyə əldə edə bilər. Həmçinin sığorta hadisəsi vaxtı ayırmalar da formal yox, real xarakter daşıyar".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Fevral 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri