Bu ərazilərdən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində dabaq, Sloveniya Respublikasının Podravska regionunda, Polşa Respublikasının Lodz inzibati ərazisində Nyukasl, Nigeriya Federativ Respublikasının Federal paytaxt ərazisində, Nepal Federativ Demokratik Respublikasının Koşi əyalətində, İngiltərənin Şimal-Qərbi İngiltərə regionunda, Kanadanın Nyufaundlend və Labrador əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.
Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
"Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub",- deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















