Bu, əsl güc nümayişidir! Əsgərlər öldürüldü, dronlar məhv edildi
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İran İnqilab Keşikçiləri Korpusu (İİKK) İordaniyada yerləşən Şahzadə Həsən Hava Bazasına ballistik raketlərlə hücum edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, İİKK-nin bəyanatında iddia olunur ki, hücum zamanı ABŞ-a məxsus RQ-4 və MQ-9 tipli pilotsuz uçuş aparatlarının yerləşdiyi anqarlar hədəfə alınıb. Hücum nəticəsində bir neçə dronun məhv edildiyi, bəzi ABŞ hərbçilərinin öldüyü və bazanın texniki infrastrukturunda yanğınların baş verdiyi iddia edilir.
İran tərəfi hücumun ABŞ-ın İranın Hörmüzqan əyalətində toy mərasiminə endirdiyi zərbəyə cavab olduğunu bildirib. Tehran həmin hücum nəticəsində 70 nəfərin təsirləndiyini, biri uşaq olmaqla 4 nəfərin öldüyünü və bir neçə şəxsin ağır yaralandığını iddia edib.
İİKK həmçinin Şahzadə Həsən Hava Bazasına hücumun görüntülərini yayıb.
ABŞ və İordaniya tərəfləri isə İranın hücum və itkilərlə bağlı irəli sürdüyü iddiaları hələlik rəsmi şəkildə təsdiqləməyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















