Icma.az
close
up
RU
Bu əşyanı özünüzlə mütləq götürün Pilotdan məsləhət

Bu əşyanı özünüzlə mütləq götürün Pilotdan məsləhət

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təyyarə ilə səyahət zamanı salondakı temperatur sərnişinlər üçün gözlənilməz narahatlıq yarada bilər. Keçmiş pilot sərnişinlərə uçuş zamanı özlərini daha rahat hiss etmək üçün vacib məsləhət verib.

Qaynarinfo Express-ə istinadən xəbər verir ki, keçmiş “American Airlines” pilotu Stiv Şaybner təyyarələrdə temperaturun necə tənzimləndiyini və sərnişinlərin hansı hallarda çətinlik yaşaya biləcəyini açıqlayıb.

Təyyarədə hava soyuq ola bilər

Pilotun sözlərinə görə, salondakı temperatur əsasən pilot kabinindən idarə olunan sistemlərdən asılıdır.

Şaybner bildirib ki, əvvəllər uçuş zamanı işinin əhəmiyyətli hissəsi temperaturun tənzimlənməsi ilə bağlı olub. Sərnişinlər çox isti və ya soyuq olduğunu bildirdikdə, ekipaj temperatur parametrlərini dəyişib.

Daha yeni təyyarə modellərində, o cümlədən “Boeing 777” və “Boeing 787”də temperaturun idarə olunması əsasən kabin heyətinə həvalə edilib.

Lakin keçmiş pilotun sözlərinə görə, bu sistem də problemi tam aradan qaldırmır. Stüardessalar daim salonun müxtəlif hissələrində hərəkət etdikləri üçün onların temperaturla bağlı hissləri uzun müddət eyni yerdə oturan sərnişinlərdən fərqli ola bilər.

Əl yükündə isti geyim saxlayın

Şaybner sərnişinlərə hava isti olsa belə, əl yükündə isti geyim saxlamağı tövsiyə edib.

“Özünüzlə sviter və ya xalat götürün. Hətta yayın ortası olsa belə, buna ehtiyac yarana bilər. Təyyarədə temperatur bir qədər aşağı ola bilər”, - deyə pilot bildirib.

Oturacağın cibinə qiymətli əşya qoymayın

Keçmiş pilot sərnişinlərin yol verdiyi başqa bir səhvə də diqqət çəkib.

Onun sözlərinə görə, sərnişinlər qarşılarındakı oturacağın arxasındakı cibə şəxsi əşyalarını qoyur və uçuş başa çatdıqdan sonra onları orada unuda bilirlər.

Şaybner bu cibi “ümidsizliyin qara dəliyi” adlandıraraq qiymətli əşyaların həmin hissəyə qoyulmamasını tövsiyə edib.

“Qarşınızdakı oturacağın arxasındakı cibə şəxsi əşyalarınızı qoymağı dayandırın. Əgər onları itirmək və bir daha görməmək istəyirsinizsə, həmin qaranlıq dəliyə - oturacağın cibinə qoyun”, - deyə o xəbərdarlıq edib.

Turistlər üçün daha bir məsləhət

Səyahət zamanı maye qablarının çamadanda sızaraq geyimləri korlamaması üçün butulkanın qapağına elastik material keçirmək kimi sadə üsullardan istifadə etmək mümkündür.

Həmçinin turistlərin hava limanından taksi, tur şirkətlərinin ekskursiyaları, çimərlik şezlonqları və bəzi “duty free” məhsulları üçün artıq pul ödəyə bildiyi bildirilir. Səfərdən əvvəl qiymətləri müqayisə etmək və mümkün olduqda ictimai nəqliyyatdan istifadə etmək xərcləri azaltmağa kömək edə bilər.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Avqust 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri