Icma.az
close
up
RU
Bu evlər sökülməlidir: Əli Əsədovun tapşırığı necə yerinə yetiriləcək?

Bu evlər sökülməlidir: Əli Əsədovun tapşırığı necə yerinə yetiriləcək?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bir neçə gün öncə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib. Sonda qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Detallar bəlli olmasa da, qəzalı vəziyyətdə olan evlərlə bağlı müxtəlif suallar ortaya çıxıb. Maraqlıdır, qəzalı vəziyyətə düşmüş binalarla bağlı ölkədə əsas problemlər nələrdir?

Demokrat.az  xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov Globalinfo.az-a ölkədə qəzalı vəziyyətdə olan binaların rəsmi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qeydiyyata alındığını bildirib.

Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan binaların sayı yüzdən çoxdur:

"Bir də var, qismən qəzalı vəziyyətdə olan binalar. Onların sayı həddindən artıqdır. Bakının 1-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binalar da qəzalı və qismən qəzalı sayılır. Hətta Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ilin aprel ayından həmin mikrorayonun yenilənməsi ilə bağlı sərəncam var. Lakin bu, hələ də icra olunmayıb.
Burada məsələ FHN-in üzərindədir. Çünki sifarişçi odur. Sərəncama əsasən tender elan olunmalı, tikinti şirkətləri həmin ərazilərə cəlb edilməli, sakinlər köçürülməli, onların kirayə ödənişləri təmin olunmalıdır. Eyni zamanda bina və kommunikasiya xətləri tam yenilənməlidir, sakinlərə 15-20 faiz artıqlaması ilə təmirli vəziyyətdə sahə təqdim olunmalıdır”.

E.Azadovun dediklərinə görə, ərazidə 1800-ə yaxın mənzil olmağına baxmayaraq layihənin icra olunması iqtisadi baxımdan sərfəli deyil:

"Eyni zamanda şəhər normativlərinə görə uyğun gəlmir. 2018-ci ildən sonra Tikinti və Şəhərsalma Məcəlləsi dəyişilib, normativlər sərtləşdirilib. Burada iki problem var. 1-ci mikrorayon pilot layihə olmalı idi və gələcəkdə buna uyğun olaraq digər mikrorayonlardakı beşmərtəbəli və qəzalı binaların sökülməsi həyata keçməli idi.
Artıq təcrübə göstərir ki, iqtisadi baxımdan bu binaların sökülməsi tikinti şirkətləri üçün maraqlı deyil. İkinci məsələ Şəhərsalma və Tikinti Məcəlləsi sərtləşdirildiyinə görə bəzi ərazilərdə bunların hətta həyata keçirilməsi mümkün deyil.
Bu baxımdan ölkədə, ən çox da Bakı və böyük şəhərlərdə qəzalı və ya qismən qəzalı vəziyyətdə olan binaların sökülməsi prosesi yalnız dövlət vəsaiti hesabına həyata keçirilə bilər”.

Ekspert deyib ki, tikinti və özəl sektorlara gəldikdə isə, az sayda olan tikinti şirkətləri var ki, onların da buna resursu çatmır və sayları olduqca azdır:

"Ümumilikdə ölkədə istismar müddəti bitmiş binaların sayı 16 min civarındadır. Onlar sovet hökuməti dövründə – 40-60 il əvvəl ərsəyə gəlib. Onların sökülməsi və yenidən qurulması ilə bağlı yaxın 20-30 il ərzində ciddi bir dəyişiklik gözlənilmir.
Yəni bu o deməkdir ki, o istiqamətdə ciddi araşdırma aparılmalı, ekspertlər cəlb olunmalı, həyata keçirilməsi prosesi planlaşdırılmalıdır. Birinci növbədə sırf qəzalı adlanan binaların sökülməsi barədə tədbirlər planı aparılmalıdır ki, onlar dövlət hesabına olaraq, yoxsa özəl sektor tərəfindən həyata keçiriləcək.
Əminliklə deyə bilərəm ki, iqtisadi baxımdan əlverişli yerdə yerləşmirsə, bu kimi layihələr özəl sektor üçün maraqlı olmayacacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Mart 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri