Icma.az
close
up
RU
Bu evlərə kupça verilməyəcək

Bu evlərə kupça verilməyəcək

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda 400 mindən çox sənədsiz evin olduğu bildirilir. Uzun illərdir müxtəlif səbəblərdən hüquqi status ala bilməyən bu tikililərin mərhələli şəkildə sənədləşdirilməsi planlaşdırılır. Proses minlərlə ailənin mülkiyyət hüququnun tanınması baxımından mühüm addım kimi qiymətləndirilir. Bununla belə, bütün evlərin sənədləşdirilməsi mümkün deyil. Qanunvericiliyin tələblərinə uyğun gəlməyən bəzi tikililərə sənəd verilməsi istisna olunur. Bu isə həmin evlərin taleyi ilə bağlı sualları açıq saxlayır.
Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, iki cür qanunsuz tikili var:
"Bunlardan biri torpaq sahəsinin təyinatı uyğun olmadığı halda üzərində tikinti işləri aparılan evlərdir. Məsələn, torpağın təyinatı kənd təsərrüfatıdır, lakin həmin ərazidə yaşayış sahəsi inşa olunub.
Digər hal isə hər hansı sənədləşmə aparılmadan, torpaq sahəsinin ümumiyyətlə sənədi olmadan tikilən evlərdir. Bu cür tikililər istər birdəfəlik, istərsə də mərhələli şəkildə həyata keçiriləcək əmlak amnistiyasının predmetinə daxil ola bilər. Yəni həmin qanunsuz tikililərə sənəd təqdim olunması ehtimalı böyükdür".
Ekspert deyib ki, elə evlər də var ki, onlar yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunub:
"Həmçinin qanunla qorunan xətlərin üzərində, meşə zolaqlarında və strateji obyektlərin yaxınlığında tikilən evlər mövcuddur. Bu cür qanunsuz evlər ümumiyyətlə sənədlə təmin oluna bilməz. Çünki həmin ərazilərdə tikinti işləri normativlərə və qanuna əsasən qadağandır.
Belə evlər mülkiyyət sənədi almaq imkanından məhrum olacaq və mütləq söküntüyə məruz qalacaq. Yalnız o halda sənəd verilməsi mümkündür ki, həmin ərazidə çoxsaylı tikililər olsun və onların köçürülməsi maliyyə baxımından daha asan başa gəlsin. Əgər yüksək gərginlikli elektrik xəttinin köçürülməsi daha məqsədəuyğundursa, bu variant seçilə bilər.
Əks halda, söhbət tək-tək evlərdən gedirsə, həmin tikililər mütləq söküləcək və onlara sənəd verilməyəcək. Qeyd olunan digər hallarda isə, torpaq sahəsinin təyinatı uyğun gəlmədiyi və ya qeydiyyat prosedurları aparılmadan inşa edildiyi üçün qanunsuz sayılan evlərin sənəd əldə etmə ehtimalı böyükdür".
Göründüyü kimi, sənədsiz evlərin taleyi birbaşa onların yerləşdiyi ərazinin təhlükəsizlik və infrastruktur normalarına uyğunluğundan asılıdır. Mülkiyyət hüququnun tanınması minlərlə vətəndaşın illərdir davam edən probleminə son qoysa da, strateji ərazilərdəki qanunsuz tikililərin aqibəti hələ də sual işarəsi olaraq qalır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri