Icma.az
close
up
RU
Bu evləri qətiyyən almayın!

Bu evləri qətiyyən almayın!

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən uçqun nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Ümumiyyətlə, fərdi yaşayış evlərinin uçması, çökməsi kimi hadisələr zaman-zaman baş verir. Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev TNS-ə belə hadisələrin baş verməsinin səbəblərini açıqlayıb.Ekspert bildirib ki, hazırda Abşeronun müəyyən ərazilərində, Bakı kəndlərində ucuz qiymətə fərdi yaşayış evləri satışa çıxarılır: “Bəzən araşdırma aparanda görürük ki, həmin evlərin qiyməti maya dəyərindən xeyli aşağıdır. Tikintinin aparıldığı torpaq sahəsinin, istifadə olunan materialların qiymətini hesabladıqda satış qiymətindən yüksək olduğu ortaya çıxır. Yəni vətəndaşın torpaq alıb, ev tikməsi eyni ölçüdə hazır fərdi yaşayış evi almasından daha baha başa gəlir”.

Onun sözlərinə görə, bunların səbəbini araşdırdıqda maraqlı faktlar ortaya çıxıb: “Bir zamanlar bataqlıqlar, gölməçələr olan sonradan qurudu. Müəyyən sahibkarlar keçmişdə bataqlıq olan ərazilərdə ev tikib, satmağa başladılar.Halbuki, hər hansı tikinti apararkən torpağn müayinəsi aparılmalı, bərkliyi, yumşaqlığı ölçülməlidir. Bundan sonra torpağın bərkliyi nəzərə alınaraq, ona uyğun bünövrə işləri görülməli, ən sonda tikinti aparılmalıdır. Normativlər bunu tələb edir.Amma biz bu tip evlərə nəzər salsaq, çoxunun heç bünövrəsi də yoxdur. Düz torpağın üstünə daş düzülərək tikinti aparılıb.

Daha bir məsələ, evlərin tikintisi zamanı istifadə olunan materialların keyfiyyəti ilə bağlıdır. Ucuz tikinti materiallarından istifadə edilir. Belə evləri tikib satanlar Bakıda söküntülərdən çıxan, yararlılıq müddəti bitmiş materialları toplayıb, onlardan istifadə edirlər. Belə olduqda evlərin maya dəyəri xeyli aşağı olur”.Ekspert vətəndaşlara tövsiyə edib ki, həyət evlərini isti yox, soyuq fəsillərdə alsınlar: “Həyət evlərinə daha çox yayda tələbat artır. Tələbat artdığı üçün qiymət də yüksəlir. İsti havalarda evlərdəki qüsurları görmək asan deyil.Yaxşı olar ki, vətəndaşlar belə evləri qış aylarında alsınlar. Çünki soyuq aylarda keyfiyyətdəki problem, divarlardakı  nəmlik, evin damması və s. qüsurlar ortaya çıxır.

Fərdi yaşayış evi alınarkən, yenisinə yox, daha əvvəl yaşayış olan mənzillərə üstünlük verilməlidir. Çünki yaşayış olan evlərdəki qüsur varsa, daha tez ortaya çıxır. Bu qüsurları görmək daha asanlaşır.Daha bir problem belə evlərin bir-birinə çox yaxın tikilməsidir. Bu, tikinti normativlərinə uyğun deyil. Normativə əsasən, torpaq sahəsində müəyyən kvadratmetr ölçüdə tikinti aparmaq olar. Yəni, mövcud torpaq sahəsinin 40 faizi üzərində tikinti aparmaq mümkündür, 60 faizi boş qalmalıdır.Normativ pozulubsa, gələcəkdə həmin evlərə çıxarışın verilməsində problem olacaq.Təsəvvür edin, bir evdə yanğın baş versə, qısa müddətdə digər mənzillərə də keçəcək. Təhlükəsizlik məsələlərinə diqqət yetirmək lazımdır.  Yaxşı olar ki, vətəndaşlar evi almadan peşəkar ustalara müraciət etsinlər, materiallar, bünövrə yoxlanılsın. Bundan başqa, sənədlərə diqqət edilməlidir. Ucuz evlər sənədsiz satılır ki, bu da gələcəkdə problem olur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri