Icma.az
close
up
RU
Vətəndaşlar dərmanların əlavə təsirləri haqqında məlumatları onlayn əldə edə bilərlər

Vətəndaşlar dərmanların əlavə təsirləri haqqında məlumatları onlayn əldə edə bilərlər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 fevral, AZƏRTAC

Dərmanların əlavə təsirləri haqqında məlumatları onlayn əldə etmək üçün vətəndaşlar iki üsuldan istifadə edə bilərlər. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsinə (www.pharma.az) daxil olaraq, açılan səhifənin sağ aşağı hissəsində axtarış verərək məlumat almaq mümkündür. Bunun üçün həmin axtarış yerindən istənilən dərman vasitəsinin ticarət adı qeyd olunur və axtarışa verilir. Açılan yeni səhifədə dərman vasitəsi barədə qısa məlumat görülür. Həmin səhifənin sonunda “İçlik vərəqi” qarşısında qırmızı ilə “Yüklə” yazılan yerdən dərman vasitəsinin istifadə təlimatını (içlik vərəqəni) yükləyib, həmin içlik vərəqədə “əlavə təsirlər” hissəsi ilə tanış olmaq mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov məlumat verib.

Fərid Həsənov bu məlumatları “Elektron Resept” tətbiqindən də əldə etməyin mümkün olduğunu deyib: “Bunun üçün tətbiqi yükləmək lazımdır. Tətbiqi yükləmək üçün Səhiyyə Nazirliyinin rəsmi veb-saytlarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” sistemi üçün xüsusi keçidlər vasitəsilə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin www.pharma.az səhifəsindən, istər aptek şəbəkələrində yapışdırılmış stikerlərdən QR kodu telefon vasitəsilə oxudaraq yükləmək və ya “App Store” və “Google Play”dən “Reseptim” sözünü axtarışa verərək mobil tətbiqinə rahatlıqla daxil olmaq mümkündür. Bu tətbiqdə vətəndaşlarımız “Dərmanlar” bölməsindən istənilən dərman vasitəsinin axtarışa verməklə sağ kənarda yerləşən “İ” işarəsinə klik edərək içlik vərəqədə “əlavə təsirlər” hissəsi ilə tanış ola bilərlər”.

Onun sözlərinə görə, hər bir dərman vasitəsi qeydiyyata alınmazdan əvvəl klinikaya qədər (heyvanlar üzərində aparılan tədqiqatlar) və klinik (insanlar üzərində aparılan tədqiqatlar) tədqiqatlara məruz qalır. Tədqiqatlar zamanı dərman vasitəsi toksikoloji, effektivlik və təhlükəsizliyi baxımından araşdırılır. Toksikoloji təsirləri və təhlükəsizliyi dedikdə, həmin dərman vasitəsinin orqanizmə (qaraciyər, ürək, böyrək və digər) zərərləri təsirləri nəzərdə tutulur: “Bunlar dərman vasitəsinin risklərini qiymətləndirir. Effektivlik deyəndə, hər bir dərman vasitəsi müəyyən məqsəd üçün hazırlanır. Dərman ya xəstəliyi müalicə etməlidir, ya da xəstəliyin simptomlarını aradan qaldırmalıdır. Bunlara isə dərman vasitəsinin faydaları deyilir. Hər bir dərman şirkəti dərman vasitəsini dövlət qeydiyyatına aldırmaq məqsədi ilə dərman vasitəsilə bağlı yuxarıda qeyd olunan tədqiqatlardan əldə olunan məlumatlar toplusunun dərman vasitələri sahəsində tənzimləyici quruma, yəni Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim edir. Qurumda təqdim olunan məlumatların müxtəlif istiqamətli ekspertlər tərəfindən qiymətləndirilməsi və araşdırılması aparılır. Araşdırma nəticəsində dərman vasitəsinin göstərilən parametrlər üzrə faydaları risklərindən yüksək olduğu təqdirdə dərman vasitəsi qeydiyyata alınır. Yekunda qeydiyyata alınmış dərman vasitəsi ölkənin əczaçılıq bazarına daxil olur. Dərman vasitəsinin qeydiyyatdan sonrakı dövrdə təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə farmakonəzarət sahəsi prosesə qoşulur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri