Icma.az
close
up
RU
Bu fənlərin müəllimləri də sertifikasiyaya cəlb olunacaq

Bu fənlərin müəllimləri də sertifikasiyaya cəlb olunacaq

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə "əsas fənn" adlandırılan Azərbaycan dili, riyaziyyat, ingilis dili, biologiya, kimya kimi fənlərin müəllimləri sertifikasiyaya cəlb edilib və ya ediləcək.

Hazırda ölkə üzrə 64901 müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib və onlardan 55510 nəfərin maaşına əlavələr olunub. Müəllimlərin maaşı onların tədris etdiyi dərs saatlarından birbaşa asılıdır.

Qeyd edək ki, hazırda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1295 manat, digər uğur qazanan müəllimlərin maaşı isə 980 manat təşkil edir.

Diqqətin "əsas fənlər"ə yönəlməsi özlüyündə təsviri incəsənət, texnologiya, musiqi kimi fənləri tədris edən müəllimlərin biliklərinin yoxlanılmaması onların zəif tədris olunmasına yol aça bilər.

Mövzu ilə bağlı təhsil sahələri üzrə ekspert Elçin Əfəndi Modern.az-a bildirib ki, sertifikasiya imtahanı yaxın 2 ildə bütün fənlər üzrə keçiriləcək:

“2027-ci ilə qədər sertifikasiya imtahanının birinci mərhələsinin yekunlaşdırılması nəzərdə tutulur. Birinci mərhələdə bütün fənlər üzrə ən azı 1 və ya 2 şans imtahanı olacağı gözlənilir. Bundan sonra ilkin proses ümumilikdə yekunlaşacaq. Bura təsviri incəsənət, musiqi, texnologiya, eyni zamanda fiziki təbiyə və çağırışaqədərki hazırlıq kimi fənlər də daxildir. Müvafiq olaraq növbəti ildən artıq bu fənlər də prosesə cəlb olunacaq və sertifikasiya imtahanından keçəcəklər”.

Elçin Əfəndi sözlərinə görə, birmənalı olaraq məktəbdə dərs deyən bütün müəllimlər sertifikasiya imtahanında iştirak etməlidirlər. Bu səbəbdən də gələcək illərdə keçirilən imtahanların nəticələri bütün fənləri əhatə edəcək: “Sertifikasiya imtahanı ilə paralel əvvəlki illərdə diaqnostik qiymətləndirmə aparılırdı. 2026-cı ildə bütün fənlərdən də sertifikasiya imtahanı keçirildikdən sonra artıq texnologiya, təsviri incəsənət, musiqi və digər fənn müəllimlərinin də öz ixtisasları və kurikulum ilə bağlı biliklərin yerində olub-olmaması haqqında məlumatımız olacaq. Ondan sonra digər tədbirlərin alınması nəzərdə tutulur”.

Ekspert bəziləri üçün dırnaqarası baxılan bu fənlərin əslində önəmli olduğunu da vurğulayıb. “Musiqi fənni həm öz musiqi tariximizi öyrənmək, milli bağlılıq yaratmaqla yanaşı fərdlərin zövqünü də inkişaf etdirir. Həmçinin təsviri incəsənət və texnologiya fənnləri də məktəblərdə yüksək səviyyədə tədris olunmalıdır. İnformasiya texnologiyalarının inkişafı dövrümüzdə bu sahəyə olan ehtiyacı və marağı bir daha göstərir, bu səbəbdən də informatika fənni ilə yanaşı texnologiya fənninin də yüksək səviyyədə keçirilməsi lazımdır”, - o, sözlərini belə yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri