Icma.az
close
up
RU
BU, FƏRQLİ BİR XƏSTƏLİKDİR Ceyhun Əsgərov Nəsimi Nəbizadənin qaçmasından danışdı

BU, FƏRQLİ BİR XƏSTƏLİKDİR Ceyhun Əsgərov Nəsimi Nəbizadənin qaçmasından danışdı

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

“Aldığım müalicə davranışla bağlıdır, yəni insanın psixoloji durumu ilə əlaqəlidir. Tibbi və ya bildiyimiz medikamentoz müalicə deyil. Bu, tamamilə fərqli - “12 addım proqramı” üzrə aparılır”.

Hurriyyet.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında dörd aydır “Qurtuluş” Reablitasiya Mərkəzində müalicə olunan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov deyib.

O bildirib ki, müalicəsinin bitməyinə az bir vaxt qalıb:

“Burada əsas məqsəd insanın sinir sisteminin normaya salınması, dəyərlərin yenidən formalaşdırılmasıdır. Bir çox fərqli proses baş verir. Doğrudur, bu da bir xəstəlik hesab olunur, amma klassik mənada bildiyimiz xəstəliklərdən fərqlənir. Məsələn, insanın hansısa orqanı ağır zədələnsə, onu əməliyyat edirlər və ya tibbi müdaxilə ilə müalicəsini aparırlar. Bu isə fərqli bir xəstəlikdir. Elə buna görə də müalicə prosesi də fərqli şəkildə həyata keçirilir”.

Onun sözlərinə görə, “12 addım proqramı” yeni deyil, artıq 90 ildir mövcuddur: “Yəni bu, Azərbaycanın kəşfi deyil, təxminən 90 il əvvəl ABŞ-da formalaşdırılıb və qəbul olunmuş bir proqramdır. Müalicə prosesi ümumilikdə 4 aydır ki, davam edir. Yekunlaşmağına 1 ay, 20 gün qalıb. Yəni prosesin böyük hissəsini keçmişik”.

Bəziləri hesab edir ki, “Qurtuluş” Reablitasiya Mərkəzinin rəhbərliyi C.Əsgərov və onunla birlikdə adıçəkilən mərkəzdə müalicə olunan tanınmış teleaparıcı Nəsimi Nəbizadə vasitəsilə özlərini reklam edirlər. Buradan ictimaiyyət arasında nüfuz və pul qazanırlar.

Milli Qəhrəmanın oğlu bununla bağlı iddialara belə cavab verib:

“Nəsiminin mərkəzdən ayrılmasından sonra belə iddialar yayıldı ki, guya mərkəz bizim üzərimizdən oyun qurur və pul qazanır. Açığı bir pasiyent kimi həmin ittihamları gülməli sayıram. Mərkəz onsuz da pul qazanır. Bu həm biznes, həm də müalicə işinin təşkilidir. İnsan xəstəxanada müalicə olunursa, tibb müəssisəsidə bundan qazanc əldə edir. Hansı xəstəxana pulsuz əməliyyat edir ki? Ola bilər sığorta ilə olsun, amma dövlət xəstəxanalarında belə hər müalicənin öz qarşılığı var.

İddialara gəlincə isə, mən ümumiyyətlə bu cür söz-söhbətlərə cavab verməyi sevmirəm. Məsələn, 2014-cü ildən bəri haqqımda “narkotik istifadəçisidir” kimi iddialar səslənir. Halbuki mən həyatımda narkotikin üzünü belə görməmişəm. İndi mən hər kəsə bu iddialarla bağlı ayrıca cavab verməliyəm? Əlimdə narkoloji dispanserin analiz kağızı ilə gəzib hamıya göstərməliyəm? İddialar həmişə olub və olacaq. Ona görə də bu tip sözlərə xüsusi reaksiya verməyə ehtiyac görmürəm”.

Ceyhun Əsgərov Nəsimi Nəbizadənin reablitasiya mərkəzindən qaçmasını da qınayıb:

“Müalicəni dayandırmaq qərarını Nəsimi özü verdi. Heç kim onu bunu məcbur etməyib. Bu qərar nə mənə, nə mərkəzə, nə sizə ziyan vurur. Ziyan görən yalnız onu sevənlər və ən əsası, özüdür. Əgər əvvəlki həyat tərzinə qayıdacaqsa, bunun ən ağır nəticəsini də yenə özü yaşayacaq”.

Qeyd edək ki, Nəsimi Nəbizadə və Ceyhun Əsgərov ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Yanvar 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri