Bu foto AYNA nın rüşvətxorluğunun sübutudur: Professor
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bazar günüdür və şəhərin bu hissəsinə hərəkət qadağan olunub, yalnız yerli sakinlərin girişi icazəlidir. Lakin “Sırovarnya” restoranının qarşısında, hansısa yolla (təxmin edin necə) keçməyi bacaran 888, 444 və 777 nömrələri ilə avtomobillər parklanmışdı.
Tribuna-nın məlumatına görə, sözügedən ərazidən foto təqdim edən professor, memas Elçin Əliyev bildirib ki, halbuki başqa şəxslərə həmin əraziyə avtomobillə girmək qadağandır:
“Yəni AYNA qaydaları yalnız sadə vətəndaşlar üçün işləyir – buna görə onların hüquqları hər cür məhdudlaşdırılır ki, “güclülərə” mane olmasın.
Fotoşəkil AYNA işçilərinin rüşvətçiliyinin birbaşa sübutudur; onlar pul qarşılığında qadağan olunmuş əraziyə keçmək istəyənləri buraxırlar. Prokurorluğa başqa hansı sübut lazımdır?”.
Məsələyə AYNA-nın da (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) mövqeyini öyrənməyə çalşdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul
Baxış sayı:100
Bu xəbər 17 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















