Icma.az
close
up
RU
Bu tərəvəz xərçəngdən qoruyur Professor

Bu tərəvəz xərçəngdən qoruyur Professor

Icma.az, Medicina saytına istinadən bildirir.


Qazi Universiteti Tibb Fakültəsi Tibbi Onkologiya kafedrasının müəllimi Prof.Dr.Uğur Coşkun, müntəzəm brokolinin istehlakının kolon xərçəngi riskini azalda biləcəyini ifadə edib.


Medicina.az xəbər verir ki, BMC Gastroenterology jurnalında dərc edilən 17 araşdırmanın təhlilinə toxunan Prof. Dr. Coşkun, brokoli, gül kələm, kələm kimi 20-40 qram turpgillər tərəvəzləri istehlak edən şəxslərin kolon xərçəngi riskinin yüzdə 20 azaldığını ifadə etdi.

Tədqiqatda 639 539 iştirakçı və 97 595 kolon xərçəngi araşdırılıb.


Həddindən artıq istehlakın heç bir əlavə fayda vermədiyini vurğulayan Coşqun, "40 qramdan yuxarı istehlak edildikdə qoruyucu təsir artmaz, 60 qramdan yuxarı isə heç bir əlavə fayda müşahidə olunmur" dedi.


Coşqun bildirib ki, brokoli və buna bənzər tərəvəzlər doğrandıqda və ya çeynədikdə, tərkibindəki qlükozinolatlar sulforafan adlı bioloji birləşməyə çevrilir. O, bu maddənin kanserogenləri zərərsizləşdirdiyini, şiş böyüməsini boğduğunu və xərçəng hüceyrələrinin ölümünə səbəb olduğunu izah etdi.


O, bu tərəvəzlərin lif, C vitamini, flavonoidlər, karotenoidlərlə zəngin olduğunu da xatırladıb.

Prof.Dr.Coşkun qoruyucu təsirin xüsusilə Şimali Amerika və Asiya ölkələrində aparılan tədqiqatlarda özünü qabarıq göstərdiyini, Avropa və Avstraliyada isə daha məhdud olduğunu qeyd edib.


Yüngül buxarda bişirilən brokolinin qida dəyərini qoruduğunu vurğulayan Coşkun aşağıdakı tövsiyələri verib:


“Brokolini doğradıqdan sonra bir müddət saxlamaq sulforafanın əmələ gəlməsini artırır.

Özünüzü kolon xərçəngindən qorumaq üçün həftədə 3-4 dəfə brokoli və gül kələm kimi tərəvəzlər yeyilməlidir”.

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 26 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see340

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see326

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see260

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see244

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see232

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see216

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see215

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see213

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see190

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see178

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see175

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see166

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see155

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see152

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see147

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see143

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri