Bu futbolçu 4 cü dəfə Türkiyəyə gəldi
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Türkiyə çempionatının debütantı ''Gənclərbirliyi'' yeni transferini rəsmən açıqlayıb.
Paytaxt təmsilçisi Türkiyə futboluna gözəl bələd olan Henri Onyekurunu heyətinə qatıb. Nigeriyalı futbolçu ilə ikiillik müqavilə imzalanıb. 28 yaşlı vinger son olaraq Qətər təmsilçisi ''Əl-Fayha''nın şərəfini qoruyurdu. Ancaq yanvarda bu klubdan ayrılan təcrübəli futbolçu son 6 ayda klubsuz idi.
Karyerasının ilk illərində ''Eupen'', ''Everton'', ''Anderlext'' kimi klublarda oynamış Onyekurunun yolu Türkiyəyə ilk dəfə 2018/19-da düşüb. Həmin vaxt o, ''Qalatasaray''da icarə əsasında oynayaraq ölkə çempionluğunu və ölkə kubokunu qazanmışdı. Daha sonra qısamüddətli ''Monako'' macərasından sonra o yenə ''Cim-Bom''da ilyarım forma geydi.
2022-də onun yolu 3-cü dəfə Türkiyəyə düşdü. Bu dəfə Onyekuru bir mövsüm ''Adana Dəmirspor''da çıxış etdi. Yəni o, karyerasında 4-cü dəfə Türkiyədə oynayacaq. Nigeriya yığmasında isə Onyekuru 15 oyun keçirərək 1 qol vurub.

