Icma.az
close
up
RU
Bu gecə Vaşinqtonda nə olacaq?

Bu gecə Vaşinqtonda nə olacaq?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu axşam ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəklər.

Görüşdə iki ölkə arasında münasibətlərin gələcəyi, sülh prosesi və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

ABŞ-də keçiriləcək bu görüşdə Azərbaycan və Ermənistan arasında hansısa razılaşmanın əldə olunması ehtimalı nə dərəcədə realdır?

"Cebheinfo.az"-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, artıq axşamkı razılaşmaya dair ilkin real proqnozlar formalaşıb:

Onun sözlərinə görə, aparılan danışıqlar nəticəsində Ermənistan və ABŞ arasında Ermənistan–ABŞ Birgə Müəssisəsi (Joint Venture) yaradılması barədə razılıq əldə olunub:

"Bu birgə konsorsiumun fəaliyyəti əsasən kommunikasiya infrastrukturunun yaradılması və idarə olunması sahələrini əhatə edəcək. Sözügedən infrastruktur layihələrinə dəmir yolları, avtomobil yolları, elektrik ötürmə xətləri, həmçinin neft və qaz kəmərlərinin tikintisi daxildir".

Ekspert qeyd edib ki, bölgədə neft-qaz kəmərləri əsasən Azərbaycana aid olduğundan, bu məsələ xüsusi diqqət tələb edir:

"Artıq məlumdur ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə SOCAR və "ExxonMobil" arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri və "ExxonMobil"-in vitse-prezidenti imzalayıb. "ExxonMobil" neft və təbii qazın kəşfiyyatı, hasilatı, daşınması və təchizatı ilə məşğuldur.

Bu əməkdaşlığın detalları açıqlanmayıb, lakin ehtimal olunur ki, Ermənistan ərazisindən keçəcək neft-qaz kəmərlərinin tikintisi və idarə olunması "ExxonMobil"-ə həvalə ediləcək. Bu halda Azərbaycanın neft və qazı Ermənistan ərazisindən keçərək, "ExxonMobil" tərəfindən idarə olunacaq, həmçinin şirkət Azərbaycanda da hasilat işlərinə qoşula bilər. Bu, bir tərəfdən Azərbaycana təhlükəsiz tranzit zəmanəti verəcək, Ermənistan tranzit haqqı alacaq, "ExxonMobil" isə Azərbaycan enerji sektoruna daxil olacaq. İnformasiyaya görə, torpaq Ermənistanın mülkiyətində qalacaq, lakin idarəetmə ABŞ-nin olacaq".

Əziz Əlibəyli vurğulayıb ki, yenə də bəzi detallar qeyri-müəyyəndir:

"Əsas suallardan biri Azərbaycan vətəndaşlarının Ermənistana girişinə kimin nəzarət edəcəyi məsələsidir. Ermənistan əvvəllər “ön ofis–arxa ofis” modelini təklif etmişdi, amma Azərbaycan bunu rədd etmişdi. Böyük ehtimalla, bu hissə Azərbaycan  - ABŞ danışıqlarında həllini tapacaq və artıq müəyyən razılıqlar əldə olunub.

Vaşinqtonda Ermənistanla saziş imzalamaqla Azərbaycan ABŞ-nin prosesdəki xüsusi rolunu tanımış olacaq. Bu, prosesin tam ikitərəfli olmayacağını göstərir. ABŞ-nin Ermənistan infrastrukturuna milyonlarla dollar yatırması üçün məntiqlə Azərbaycan tərəfində də bu infrastrukturdan istifadə üçün maliyyə ayırmalıdır. Təhlükəsizlik zəmanətləri məsələsi hələ də Ermənistan üçün açıq qalır və bu, İrəvanın ən böyük dezavantajı kimi görünür". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri