Icma.az
close
up
RU
“Bu, gələcəkdə korrupsiya risklərinə səbəb ola bilər”

“Bu, gələcəkdə korrupsiya risklərinə səbəb ola bilər”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Layihənin tətbiqi zamanı hüquqi müəyyənliyin təmin olunması, normativ tənzimləmənin daha səmərəli həyata keçirilməsi və gələcəkdə yarana biləcək hüquqi mübahisələrin minimuma endirilməsi məqsədilə bir sıra müddəaların təkmilləşdirilməsi məqsədəuyğun olardı”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında “Balıqçılıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Layihədə balıqçılıq sahəsində informasiya sisteminin yaradılması nəzərdə tutulsa da, həmin sistemin hüquqi statusu, digər dövlət informasiya ehtiyatları ilə inteqrasiyası, məlumatların emalı, saxlanılması və mübadiləsinin hüquqi əsasları kifayət qədər əhatə edilməyib. 

Hesab edirəm ki, elektron idarəetmənin səmərəliliyinin təmin olunması məqsədilə balıqovlama biletlərinin, kvotaların, akvakultura qeydiyyatının, balıqçı gəmilərinin izlənməsi üzrə məlumatların və digər inzibati prosedurların tam elektron qaydada həyata keçirilməsi, eyni zamanda sistemin aidiyyəti dövlət informasiya ehtiyatları ilə inteqrasiyası qanun səviyyəsində daha dəqiq müəyyən edilməlidir. Bu yanaşma inzibati prosedurların sadələşdirilməsinə, şəffaflığın artırılmasına və korrupsiya risklərinin minimuma endirilməsinə xidmət edəcək. 

Həmçinin, layihədə iqlim dəyişikliklərinin balıq ehtiyatlarına təsiri ayrıca tənzimləmə predmeti kimi nəzərdə tutulmayıb. Halbuki qlobal iqlim dəyişiklikləri su ekosistemlərinin vəziyyətinə, balıq populyasiyalarının dinamikasına və bioloji müxtəlifliyə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu baxımdan aidiyyəti dövlət orqanı tərəfindən dövri elmi qiymətləndirmələrin aparılması, iqlim dəyişikliklərinin balıq ehtiyatlarına təsirinin qiymətləndirilməsi və balıq ovu kvotalarının həmin nəticələr nəzərə alınmaqla yenidən müəyyən edilməsi barədə ayrıca hüquqi mexanizmin layihədə təsbit olunması, hesab edirəm ki, məqsədəuyğun olardı. 

Layihədə balıq ovu kvotalarının müəyyən olunması öz əksini tapsa da, kvotaların bölüşdürülməsi zamanı tətbiq ediləcək meyarlar, qərarların qəbul edilmə proseduru və şəffaflıq mexanizmləri kifayət qədər konkret müəyyən edilməyib. Bu isə gələcəkdə subyektiv yanaşmalara və korrupsiya risklərinə səbəb ola bilər. Bu baxımdan kvotaların açıq elektron müsabiqə əsasında bölüşdürülməsi, qiymətləndirmə meyarlarının əvvəlcədən elan edilməsi, qəbul edilən qərarların ictimaiyyət üçün əlçatan olması və həmin qərarlardan inzibati qaydada şikayət verilməsi imkanlarının qanun səviyyəsində müəyyən olunması daha məqsədəuyğun olardı”, - deputat qeyd edib.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri