Korrupsiya qalmaqalı Zelenskinin istefasına səbəb ola bilər KİV
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ukraynada korrupsiya qalmaqalı pik həddə çatıb və Prezident Volodimir Zelenskinin vəzifəsindən uzaqlaşdırıla bilər.
"Ölkə.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Məqalədə qeyd edilib ki, ukraynalılar Zelenskinin yaxın ətrafına qarşı irəli sürülən korrupsiya ittihamlarından qəzəbləniblər. WSJ hesab edir ki, bu ittihamlar prezidentin nüfuzuna Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) fəaliyyətə başladığı vaxtdan bəri apardığı digər araşdırmalardan daha böyük zərbə vurub.
Ukraynalılar şübhələnirlər ki, dronların və digər avadanlıqların alınması üçün bağışladıqları vəsait mənimsənilmiş bilər.
Ukraynadakı vəziyyətdən narazılıq təkcə ölkə daxilində deyil, həm də xaricdə artır. ABŞ rəsmiləri Kiyevin Vaşinqtondan aldığı vəsaitlərdən düzgün istifadəsini şübhə altına alırlar. ABŞ prezidenti Donald Trampın özü də daxil olmaqla, bəzi Amerika rəsmiləri Ukraynaya yardımın kəsilməsini açıq şəkildə müzakirə edirlər.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Noyabr 2025 03:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















