Icma.az
close
up
RU
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər Araşdırma

Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər Araşdırma

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Uşaqlıq və yeniyetməlik dövründə müntəzəm olaraq şəkərli içkilər, qazlı içkilər, enerji içkiləri və meyvə şirələri qəbul etmək gələcəkdə yüksək təzyiq riskini artıra bilər.

Milli.Az xəbər verir ki, Amerika Ürək Assosiasiyasının "Circulation" jurnalında dərc olunan 25 illik araşdırmada erkən yaşlarda formalaşan qidalanma vərdişləri ilə yetkinlik dövründə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb.

Toronto Universitetinin alimlərinin apardığı tədqiqatda 25 mindən çox insanın məlumatları təhlil edilib. İştirakçılar illər ərzində qazlı içkilər, limonad, şəkərli çay, enerji içkiləri və meyvə şirələrindən istifadə tezliyi barədə məlumat veriblər.

Nəticələrə görə, gündə iki və ya daha çox şəkərli içki qəbul edənlərdə yüksək təzyiq riski həftədə üç dəfədən az belə içkilər istehlak edənlərlə müqayisədə 52 faiz daha yüksək olub.

Ayrı-ayrı içkilər üzrə də diqqətçəkən nəticələr əldə edilib. Gündə bir banka qazlı içki içmək yüksək təzyiq riskini 23 faiz, bir enerji içkisi qəbul etmək isə 36 faiz artırıb.

Meyvə şirəsinin də tamamilə zərərsiz olmadığı müəyyənləşib. Gündə yarım stəkandan çox meyvə şirəsi içənlərdə yüksək təzyiq riski 35 faiz artıb. Xüsusilə gündəlik portağal şirəsi istehlakı 20 faizlik risk artımı ilə əlaqələndirilib.

Araşdırma zamanı meyvə şirəsini təzə meyvə ilə əvəz etməyin isə daha faydalı olduğu müəyyənləşib. Belə dəyişiklik yüksək təzyiq riskini 19 faiz azalda bilər. Gündəlik şəkərli içkinin təzə meyvə ilə əvəzlənməsi isə riskin 22 faiz azalması ilə əlaqələndirilib.

Şəkərli içkilərin su və ya südlə əvəz edilməsi də yüksək təzyiq riskini 13 faizə qədər azalda bilər.

Mütəxəssislər uşaqlıqdan etibarən sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayırlar.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri