Icma.az
close
up
RU
Bu, gələcəyimiz üçün mühüm mənəvi və siyasi mesajdır ŞƏRH

Bu, gələcəyimiz üçün mühüm mənəvi və siyasi mesajdır ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

"Bəzən bir mükafat təkcə bir şəxsə verilən təltif olmur. O, bütöv bir yolun, uzun illərin zəhmətinin, çətin qərarların və böyük məsuliyyətin beynəlxalq miqyasda tanınması olur. Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz belə hadisələrdəndir".Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.Onun sözlərinə görə, bu mükafat ilk növbədə sülh ideyasına verilən dəyərin ifadəsidir:"Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin adını daşıyan, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən bu nüfuzlu təltif dünyada sülhü, insan qardaşlığını və qarşılıqlı anlayışı real addımlarla təşviq edən liderlərə təqdim olunur. Yəni bu mükafat sözlərə deyil, nəticələrə verilən qiymətdir. Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi beynəlxalq ictimaiyyətin onun sülhə aparan çətin, lakin prinsipial yolunu gördüyünü və dəyərləndirdiyini göstərir. Uzun illər davam etmiş münaqişənin sona çatdırılması, yeni regional reallığın formalaşdırılması və bundan sonra sülh gündəliyinin irəli sürülməsi asan qərarlar deyildi. Bu yol cəsarət, siyasi iradə və gələcəyi düşünən baxış tələb edirdi. Bu gün Azərbaycan təkcə münaqişədən çıxmış ölkə deyil. Azərbaycan artıq sülh təklif edən, dialoqa çağıran və sabitlik istəyən dövlətdir. Bu mövqenin arxasında isə ardıcıl siyasət və şəxsi məsuliyyət dayanır. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu məsuliyyətin, bu yanaşmanın beynəlxalq miqyasda qəbul olunduğunu göstərir.Bu təltif həm də Prezident İlham Əliyevin lider kimi fərqləndirici cəhətlərinə işıq salır. Onun diplomatik təmkinini, prinsipial mövqeyini və ən mürəkkəb məsələlərdə belə emosiyaya deyil, rasional qərarlara üstünlük verməsini beynəlxalq aləm artıq yaxından tanıyır. Sülhə aparan yolun tələskənlik yox, səbr və ardıcıllıq tələb etdiyini bu siyasət bir daha sübut edir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq imici baxımından da mühüm əhəmiyyət daşıyır. Humanitar dəyərlərə bağlı, dialoqa açıq və qlobal məsuliyyət hissi olan dövlət kimi Azərbaycanın mövqeyi daha da möhkəmlənir. Bu, ölkəmizin səsinin beynəlxalq platformalarda daha aydın eşidilməsinə, mövqelərinin daha ciddi qəbul olunmasına xidmət edir. Lakin bütün beynəlxalq təltiflərdən daha qiymətli olan bir dəyər var – xalqın etimadı. Prezident İlham Əliyev bu etimadı real nəticələrlə qazanmış liderdir. O, xalqın taleyini müəyyən edən ən çətin anlarda məsuliyyəti üzərinə götürmüş, Azərbaycanı qalibiyyətə aparmış və bu gün də ölkəni inamla gələcəyə doğru yönəldən siyasi iradənin daşıyıcısıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” bu baxımdan təkcə bir beynəlxalq təltif deyil. Bu mükafat Azərbaycanın seçdiyi yolun – sülh, sabitlik və inkişaf yolunun dünya tərəfindən görülməsi və dəyərləndirilməsidir. Bu isə həm bu günümüz, həm də gələcəyimiz üçün mühüm mənəvi və siyasi mesajdır".

Müəllif: Arzu Qurbanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri