Icma.az
close
up
RU
“Bu, geosiyasi və diplomatik qələbədir” Qulamhüseyn Əlibəyli

“Bu, geosiyasi və diplomatik qələbədir” Qulamhüseyn Əlibəyli

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə sözün tam mənasında tarixi bir sənəddir. Bu sənəd mahiyyət etibarilə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəsini geosiyasi, beynəlxalq hüquqi və diplomatik müstəvidə tam rəsmiləşdirdi”.

Redaktor.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Qulamhüseyn Əlibəyli avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannaməni şərh edərkən səsləndirib.

Q.Əlibəyliyə görə, Bəyannamədə nəzərdə tutulan müddəaları bir neçə istiqamətdə qruplaşdırmaq olar:

Birinci, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması. Sülh sazişinin layihəsi çoxdan hazır olsa da Ermənistan müxtəlif bəhanələrlə sazişi imzalamaqdan faktiki imtina edirdi. Lakin sazişin mətnini paraflamaqla Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsi, yəni sazişin imzalanmasına mane ola biləcək halların aradan qaldırılması öhdəliyini götürdü.

İkincisi, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığının bir daha beynəlxalq müstəvidə təsbiti. Sənəddə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad bunu bir daha təsdiq edir.

Üçüncüsü, Azərbaycanla Ermənistan arasında postmünaqişə dovründə münasibətlərin əsas prinsiplərinin müəyyən edilməsi. Ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad Ermənistanda gələcək revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradılmasına xidmət edir.

Dördüncü, adı dəyişdirilsə də Zəngəzur dəhlizinin açılması. Bu, dəhlizin açılmaması üçün Erəmistanın müxtəlif bəhanələr uydurmasının qarşısını alıır. Şübşəsiz ki, dəhlizin açılması Azərbaycanın və bütövlükdə Türk dünyasının nəqliyyat, logistika və təhlükəsizlik sistemlərinə strateji təsir göstərəcək, eyni zamanda Ermənistanın kommunikasiya imkanlarını genişləndirəcək və regionda bütün tərəflər üçün faydalı ola biləcək yeni əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxaracaq.

Beşinci, ATƏT-in Minsk qrupunun ləğvi. ATƏT-in Minsk Qrupunun və onun strukturlarının ləğvi münaqişəni gələcək üçün “dondurmaq” funksiyasını yerinə yetirən mexanizminin saxlanmasının təhlükəli ola biləcəyini göstərir və Azərbaycanın qələbəsini vasitəçilik predmeti olmaqdan çıxarır.

Sabiq millət vəkilinin fikrincə, bütövlükdə bu Bəyannamə Azərbaycanın və onun müttəfiqlərinin regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı, Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirilməlidir və regional sabitlik və davamlı sülh üçün geniş perspektivlər açır. Azərbaycanın hərbi qələbəsinə bərabər geosiyasi və diplomatik qələbədir. Vətən müharibəsindəki hərbi strategiya və taktikamız hərb dərsliklərinə düşdüyü kimi bu qələbəmiz və ona gətirib çıxaran siyasi strategiya və taktikamız də diplomatiya və politologoya dərsliklərinə düşə bilən qələbədir.

Əlbəttə, Ermənistan cəmiyyətində revanşizm əhvalının güclü oldüğunu, Rusiya və İran kimi qonşu dövlətlərin mövqeyini nəzərə alaraq Bəyannamənin müddəalarının həyata keçirilməsində müəyyən risklərin olduğu da qeyd edilməlidir. Lakin bu risqlər sənədin əhəmiyyətinə təsir göstərə bilməz.

“Azərbaycan xalqına, dövlətimizin başçısı cənab İlham Əliyevə, diplomatiyamıza haqq elədikləri növbəti qələbə münasibətilə Təbriklər düşür”, - deyə Q.Əlibəyli fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri