Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qulamhüseyn Əlibəyli: Mühafizəçilərin hərəkəti qanuni və əsaslıdır

Qulamhüseyn Əlibəyli: Mühafizəçilərin hərəkəti qanuni və əsaslıdır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vaşinqtonda "Sülh Şurası"nın ilk iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaldığı otelinin yanında baş vermiş insidentlə əlaqədar sosial şəbəkələrdə yayılan bir neçə vedoeyazıya baxdıqdan sonra gəldiyim nəticə budur.

Videoyazıların bəzilərində əvvəlcə prezidentin təhlükəsizlik xidməti əməkdaşlarının (mühafizəçiləri şüar deyən və şəkil çəkən aksiyaçılara müdaxilə etmədən prezidentin keçəcəyi yolu və təhlükəsizlik məkanını nəzarət altında saxladığı, yalnız bir nəfərin qəflətən prezidentin keçəcəyi yola tərəf qaçması zamanı hərəkətə gəldiyi və həmin şəxsin təhlükəsizlik məkanına daxil olmasının qarşısını almaq üçün ona münasibətdə fiziki güc tətbiq etdiyi, ondan sonra isə şüar deyib şəkil çəkə-çəkə  prezidentin keçəcəyi yola yaxınlaşmaq istəyən bir neçə aksiyaçını fiziki güç tətbiq etmədən təhlükəsiz məsafəyə uzaqlaşdırdığı görünür, bu zaman ədəbsiz ifadələr və söyüşlər açıq-aydın eşidilir. 

Videyazıların digərlərində isə Prezidentin keçəcəyi yolun yaxınlığında mühafizəçilər tərəfindən bir nəfərə fiziki güç tətbiq edilməsi və şüar deyib şəkil çəkə-şəkə girişə yaxınlaşmaq istəyən bir neçə aksiyaçının müəyyən məsafəyə qədər uzaqlaşdırılması göstərilir. 

Və dərhal sonra aksiyanın mərsədi barədə onun təşkilatçılarından birinin və barəsində fiziki güc tətbiq edimiş şəxsin açıqlamaları və digər şərhlər verilir. Bu videoyazıların montaj edildiyi adi gözlə də görünür.

Belə videoyazılar adətən “İlham Əliyevin mühafizəçiləri dinc aksiyanı zorakılıqla dağıtdılar”, “siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaçıları vəhşicəsinə döydülər”, “xarici ölkənin ərazisində qudurğanlıq etdilər” və s. bunlara oxşar ifadələrlə müşaiyət olunur. Xarici mediada da məhz yuxarıdakı həmin 2 epizoda aid fotoşəkillər tirajlanır.

Əlbəttə, hər bir kəsin dinc aksiya keçirmək, müxtəlif şüarlar, o cümlədən Irezidentin eşidə biləcəyi şəkildə şüarlar səsləndirmək, siyasi məhbus hesab etdiyi şəxslərə azadlıq istəmək hüququ var və bu, heç kimdə şübhə doğurmur.

Lakin insan hüquq və azadlıqları qeyri- məhdud xarakter daşımır, başqasının (başqalarının) hüquqlar və azadlıqları ilə sərhədlənir. Yəni  başqasının (başqalarının) hüquqları başladığı yerdə sənin hüquqların bitir". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu politoloq  Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə,  buna görə də insan hüquq və azadlıqlarının həyata keçirilməsi normativ qaydada sərt və ya nisbətən mülayim şəkildə nizamlanır: 

"Bu, insan hüquqları nəzəriyyəsinin aksiomudur. Hər bir insanın təhlükəsiz yaşamaq, mümkün təhlükələrdən qorunmaq hüququ da var. Prezident  dövlət başçısı olduğu və dövləti təmsil etdiyi üçün hansı məkanda olmasından asılı olmayaraq, xüsusi qaydada qorunur. 

Bu qayda təkcə İlham Əliyevə deyil, bütün prezidentlərə aiddir. Ona görə də prezidentin keçəcəyi yollarda, yaşadığı yerlərdə ciddi təhlükəsizlik tədbirləri görülür. 

ABŞ prezidentləri Avraam Linkoln, Ceyms Qarfild, Uilyam MkKinli və  Con Kennedi, İsveçin baş naziri Ulof Palme, Hindistanın baş naziri İndira Qandinin necə öldürülməsini  xatırlatmaq olar.

Kütləvi tədbirlər və aksiyalar zamanı prezidentlərin təhlükəsizlik tədbirləri daha da güçləndirilir. Çünki bu cür tədbirlərdə (aksiyalarda) silahlı adamların, terrorçuların prezidentlərə yaxınlaşmaq və sui-qəsd imkanları çoxalır. 

Bu baxımdan, prezidentin olduğu və keçəcəyi yerlərdə təhlükəsizlik məkanlarının (zolaqlarının) yaradılması və həmin məkana zorla daxil olmaq istəyən şəxslərə leqal fiziki güc tətbiq etməsi tamamilə təbii qarşılanmalıdır və qanunidir.

Vaşinqtindakı insidentlə əlaqədar montaja məruz qalmamış videoyazıdan açıq-aşkar görünür ki,  Azərbaycan Prezidentinin mühafizəçiləri  şüarlar səsləndirən və şəkillər çəkən aksiyaçılara heç bir müdaxilə etmədən və güc tətbiq etmədən onların təhlükəsizlik məkanına yaxınlaşmasına imkan vermirlər. 

Yalnız aksiyaçıların sırasında görünməyən bir şəxsin qəflətən qaçaraq təhlükəsizlik məkanına keçmək üçün cəhd göstərməsi (belə cəhdlər mühafizə olunan obyekt üçün müxtəlif təhdidlər törədə bilər) ona qarşı fiziki gücün tətbiqi üçün əsas olub və həmin şəxsin hərəkətinin qarşısı alındıqdan sonra sərbəst buraxılıb. 

Eyni zamanda, şüar deyən və şəkil çəkən aksiyaçıların təhlükəsizlik məkanına yaxınlaşmağa cəhdlərinin qarşısı fiziki güc tətbiq edilmədən alınıb və onlar təhlükəsizlik məkanından uzaqlaşdırıldıqdan sonra mühafizəçilər xidmət etdikləri yerə geri qayıdaraq öz vəzifələrinin icrasını davam etdiriblər". 

Başqa sözlə, Prezidentin mühafizəçiləri qorunması onlara həvalə edilmiş təhlükəsizlik məkanından kənara çıxmayaraq, həmin məkana zorla daxil olmaq istəyənləri oradan uzaqlaşdırıblar:

"Bu zaman təhlükəsizlik məkanına daxil olmaq istəsə də, mühafizəçilərin gəldiyini görüb oradan uzaqlaşan aksiya iştirakçılarına toxunulmur və onlara fiziki güc tətbiq olunmur. 

Fiziki güc yalnız mühafizəçilərə müqavimət göstərən, nəyin bahasına olursa olsun, o cümlədən zorla prezidentin təhlükəsizlik məkanına daxil olmaq istəyən şəxslərə münasibətdə tətbiq olunur. Bu cür şəxslərə münasibətdə fiziki güç tətbiqi tamamilə qanuni və əsaslıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları öz xidməti səlahiyyətləri çərçivəsində peşəkarlıqla hərəkət ediblər.

Münhen Təhlükəsizlik Konfransında, ardınca Vaşinqtonda edilən hərəkətlərin bir mərkəzdən idarə olunduğu açıq-aydın görünür. Vaşinqton insidentinə ilk dəstəyin Amerika ermənilərinin təşkilatı olan ANKA-dan və Azərbaycana qarşı düşmən mövqeyində olan konqresmen  Frenk Pallonedən gəlməsi təsadüfi sayıla bilməz.

Bir qədər əvvəl məlumat getdi ki, silahlı şəxs Prezident Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına daxil olmağa çalışarkən ABŞ Məxfi Xidmətinin (bu xidmət bəzi digər funksiyalarla yanaşı,  ABŞ Prezidentinin, onun ailəsinin və prezident iqamətgahlarının mühafizəsini təmin edir) əməkdaşları tərəfindən güllələnərək öldürülüb".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri