Bu gül xərçəngin dərmanı imiş
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Barxat çiçəyinin xərçəngə qarşı faydası aşkarlanıb.
Milli.Az xəbər verir ki, Rusiyanın Baltik Federal Universitetinin alimləri Belarusiya və Braziliya həmkarları ilə birlikdə barxatçiçəklərinin (Tagetes patula) piqmentlərindən xüsusi maddə hazırlayıblar.
Bu maddə xərçəng hüceyrələrinə zərər verə bilir və gələcəkdə xərçənglə mübarizədə istifadə oluna bilər.
Təcrübələr zamanı alimlər quru barxatçiçək hissəciklərini spirt və metal (itterbium) ilə qarışdırıblar. Qarışıq mavi işığa tutulanda işıq saçmağa başlayıb və normal barxatçiçək ekstraktından çox daha güclü işıq verib.
Ən vacib tərəfi odur ki, bu maddə aktiv oksigen adlı hüceyrələrə zərər verən molekullar yaradır. Bu molekullar xərçəng hüceyrələrini məhv edə bilir.
Alimlər bildirirlər ki, bu maddə gələcəkdə xərçəng şişlərinin müalicəsində, fotodinamik terapiyada istifadə oluna bilər. Yeni maddə həmçinin tez və asan hazırlanır, bu da gələcək tədqiqatlar üçün yaxşı xəbərdir.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Sentyabr 2025 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















