Icma.az
close
up
RU
“Bu gün 80 yaşım olur, amma elə bil, bir il yaşamışam...”

“Bu gün 80 yaşım olur, amma elə bil, bir il yaşamışam...”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Xalq rəssamı Ağaəli İbrahimovun ad günüdür. 

“Qafqazinfo” 80 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb.

Ağaəli İbrahimov yubiley gününü dostları ilə birlikdə qeyd edəcəyini bildirib: “Səhhətim bir qədər yaxşı deyil, qolum ağrayır. Ümumilikdə hər şey yaxşıdır. Düşünürəm, dünya dəyişir. Doğum günümü dostlarımla qeyd edəcəyəm. Hədiyyələr axşam gələcək. Amma bu saata qədər artıq tələbələrim hədiyyələr gətiriblər. Ən dəyərli hədiyyə isə tələbəmin gətirdiyi Bethovenin əsərləri oldu. Mən onu çox sevirəm, çox dinləyirəm. Bu hədiyyəyə görə həmin tələbəmi o qədər öpdüm ki... İki telefonum var, səhərdən xeyli zənglər gəlib. Bu, çox gözəldir.

İnsanı yaşadan etdiyi yaxşılıqlardır. Həyat bumeranqdır. Kiməsə əl tutsan, yaxşılıq etsən, xoşbəxt etməyə çalışsan, bütün bunlar sonradan sənə qayıdacaq. Mənim heç kiməsə pislik etməyə, kiməsə paxıllıq etməyə vaxtım olmayıb. İnsan həyatı bir andır. Bu gün mənim 80 yaşım olur, amma elə bil, bir il yaşamışam. Bir andır sanki... Çox gözəl bir söz var, əgər kimisə sevirsənsə, qaç de, kiməsə yaxşılıq etmək istəyirsənsə, indi et. Ona görə ki, sabah gəlməyəcək. İndi bu yaşda hər günü bir həyat kimi yaşayıram. Hər kəsə bu yaşa çatmağı arzulayıram”. 

Qeyd edək ki, Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” , 2006-cı ildə isə “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adlarına layiq görülüb.

Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.

Lamiyə Məmmədova 





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Fevral 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri