Icma.az
close
up
RU
Bu gün anons edildi: Hökumətin bu məşhur kadrı yola salınır

Bu gün anons edildi: Hökumətin bu məşhur kadrı yola salınır

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Baş nazirin birinci müavini Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib.

Bakupost.az xəbər verir ki, Yaqub Eyyubov 24 oktyabrda 80 yaşının tamam olması ilə əlaqədar uzun müddət səmərəli xidmətinə görə təltif edilib.

Təqdimetmə mərasimində Prezident İlham Əliyev onun işindən razı olduğunu vurğulayıb, həmçinin çıxışına da Y.Eyyubovun yubileyini təbrik etməklə başlayıb.

Yaqub Eyyubov hazırda hökumətdə yüksək vəzifə tutan ən yaşlı kadrdır və ekspertlərin qiymətləndirməsinə görə, o, yaxın müddətdə təqaüdə göndəriləcək.

Qeyd edək ki, Yaqub Abdulla oğlu Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. İxtisası — inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur.

Əmək fəalliyyətinə 1964-cü ildə leyt. Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1968–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972–1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973–1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olmuşdur.

1975–1997-ci illərdə Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 0.5 ştatla əvəzçilik yolu ilə baş müəllim, dekan müavini, baş müəllim, dosent, dekan vəzifəsini müvəqqəti icra edən, dosent, elmi işlər üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir.

1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri olmuşdur.

1999–2003-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

70 yaşı ərəfəsində - 23 oktyabr 2015-ci ildə "Şərəf" ordeni, bu gün isə “İstiqlal” ordeni alıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə "Şərəf" ordeni ilə, Vladimir Putin tərəfindən Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmişdir.

Asena,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri