Icma.az
close
up
RU
Bu gün Azərbaycan gəncləri cəmiyyətin ictimai siyasi, sosial iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər RƏY

Bu gün Azərbaycan gəncləri cəmiyyətin ictimai siyasi, sosial iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər RƏY

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 fevral, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafı, rəqabətə davamlı və vətənpərvər gənc kadrların yetişməsi üçün möhkəm zəmin yaradıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan tarixi zəfərlərdə gənclərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdiriblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu söyləyən deputat deyib: “Ulu Öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti müasir Azərbaycan gəncliyinin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşmasında mühüm rola malikdir. Ötən illər ərzində Azərbaycan dövlətinin sistemli şəkildə həyata keçirdiyi gənclər siyasəti nəticəsində yüksək biliklərə, zəngin dünyagörüşünə malik, fiziki hazırlıqlı gənc nəsil hazırlandı”.

Mircəlil Qasımlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Respublikası gənclərinin birinci forumunda Azərbaycan gənclərinin qarşısında mühüm vəzifələr qoydu. “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir”, - deyən Ulu Öndərin yüksək diqqəti sayəsində gənclərimiz ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən quruculuq prosesində yaxından iştiraka cəlb olundular. Eyni zamanda, dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilərək icra olundu, bu sahədə qanunvericilik bazası formalaşdırıldı.

“Beləliklə, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində gənclərimizin bilik və bacarıqlarını, enerjilərini ölkəmizin inkişafı naminə birləşdirdi. Bu, xalqımızın parlaq gələcəyinin təmin olunmasına hesablanmış müdrik addım idi”, - deyə deputat bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinin inkişaf istiqamətlərinin mövcud ənənələr əsasında dövrün tələblərinə uyğun şəkildə daha da təkmilləşdirdiyini söyləyən deputat qeyd edib ki, ölkə başçısı tərəfindən Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması, Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiqlənməsi və bu kimi digər məqsədyönlü addımlar gənclərimizin hərtərəfli inkişafına təkan verdi, dövlətçilik ənənələrimizə sadiq, xalqa, Vətənə bağlı gənc nəslin formalaşmasını təmin etdi.

Deputat deyib ki, yüksək təhsilli, intellektual, yaradıcı gənclərin hazırlanması işinin tərkib hissəsi kimi, Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu təhsil müəssisələrində oxumaları üzrə Dövlət proqramlarının icrası xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə geniş vüsət alan, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı hesab olunan könüllülük hərəkatı bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu hərəkat əlbəttə ki, gənclərin şəxsi inkişafına, bilik və bacarıqlarının artırılmasına müstəsna rola malikdir.

M.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsi də Azərbaycan gəncliyinin inkişafına dəyərli töhfə verir. Artıq bu müsabiqədə uğur qazan gənclərimizin karyeralarında əldə etdikləri yüksəlişin şahidiyik.

Ölkəmizin bütün bölgələrində Gənclər evlərinin yaradılmasının önəmindən bəhs edən deputat bildirib: “Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Bu xüsusda, Gənclər evlərinin yaradılması gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların cəmiyyətin fəal üzvləri kimi formalaşdırılmasında önəmli rol oynayıb”.

“Ötən illər ərzində dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı sayəsində gənclərimiz idman sahəsində də böyük uğurlar əldə ediblər. Ölkəmizin hər bir bölgəsində yaradılan müasir idman infrastrukturu, gənclərin idmana marağının artırılması istiqamətində görülən işlərin nəticəsidir ki, bu gün idmançılarımız yüksək səviyyəli yarışlarda böyük uğurlar əldə edirlər. Artıq dünyada idman ölkəsi kimi böyük nüfuz qazanan Azərbaycan mühüm idman turnirlərinə ev sahibliyi edir.

Tam əminliklə deyə bilərik ki, bu gün dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan gənclərimizin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakı uğurla təmin edilir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri