Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı...

Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı...

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1901-ci il oktyabrın 7-də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman Şərqində ilk dünyəvi Qızlar Məktəbi qapılarını cəmiyyətin üzünə açdı. Bu hadisə ilk növbədə  bir təhsil müəssisəsinin yaranması kimi qəbul edilsə də əsil mənasında bir xalqın düşüncə tərzinin dəyişməsinə, qadının cəmiyyətdə yerinin tanınmasına doğru atılmış ilk addım idi.

Tağıyev o dövrün bu sahədə ən böyük stereotiplərindən birini sındırdı. Qızların təhsil almasının “lüzumsuz” iş sayıldığı bir zamanda  məktəbin binasının tikintisindən tutmuş, müəllimlərin Avropadan gətirilməsinə qədər hər detalı nəzərə alan böyük bir iş başlatdı.

İllər keçdikcə “Tağıyevin məktəbi” adı ilə tanınan, bu təhsil ocağı  maarifçiliyin real  bünövrəsi kimi tarixə düşdü. Tağıyevin təşəbbüsü  təhsilin gücünün nəyə qadir olduğunu onun sosial bərabərlik vasitəsinə çevrildiyi zaman ortaya çıxdığını   sübut etdi.  Onun ilk məzunları – Rəhilə Hacıbababəyova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Liza Muxtarova, Nazlı Tahirova və digərləri Azərbaycan qadınının ictimai və siyasi həyatda fəal rol oynamasının da təməlini qoydular. 

Sonradan qızların təhsili ailə münasibətlərində, uşaq tərbiyəsində, ictimai həyatda və milli düşüncədə böyük dəyişiklik yaratdı. Bu məktəbin məzunları tariximiz üçün həlledici məqamlarda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını müdafiə edən ziyalılara çevrildilər. Yəni bir məktəb, əslində, bir millətin intellektual dirçəlişinin başlanğıcına çevrildi.

Bu gün Zeynalabdin Tağıyevin başlatdığı bu missiya müasir Azərbaycan dövlətinin təhsil və humanitar siyasətində, Birinci vitse –prezident Mehriban xanım Əliyevanın, həm Heydər Əliyev Fondunun prezidenti, həm də Azərbaycanın birinci xanımı kimi – qadın və qızların təhsil imkanlarını genişləndirmək istiqamətindəki çoxşaxəli fəaliyyətində davam etdirilir. Onun təşəbbüsü və xeyir-duası ilə reallaşdırılan “Təhsilə Dəstək” proqramları çərçivəsində ölkənin bütün bölgələrində onlarla yeni məktəb binası, uşaq bağçası və təhsil mərkəzləri inşa olunub və müasir avadanlıqlarla təmin edilib;  “Yeniləşən Azərbaycana yeni məktəb” təşəbbüsü ilə kənd və qəsəbələrdə qızların təhsildən kənar qalma riski minimuma endirilib; İstedadlı qızların təqaüd proqramları və beynəlxalq olimpiadalarda iştirakına dəstək verilib;  “Azərbaycan gəncliyi xarici ölkələrdə təhsildə” proqramı ilə çoxlu sayda istedadlı qız tələbə dünya universitetlərində təhsil almaq imkanı qazanıb. 

Onun  beynəlxalq səviyyədə təhsil və qadın hüquqları sahəsində  təşəbbüsləri

qızların təhsilinə dəstək, mədəni irs və qadınların elmdə iştirakı məsələlərini qlobal müstəviyə çıxarmaqla Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu gücləndirib. Bu missiya həm də keçmişlə bu gün arasında  milli özünüdərkin, qadın gücünün və intellektual inkişafın birləşdiyi bir körpüdür.

“Bir qız oxuyarsa, bir ailə işıqlanar; bir xalq maariflənər.” Bu fikri dünən Tağıyevin xeyriyyəçilik fəlsəfəsi, bu gün isə Mehriban Əliyevanın  humanizm dəyərlərini yaşadan fəaliyyəti sübut edir. Bu dəyərlər cəmiyyətin bütün təbəqələrini birləşdirən yeni layihələrin və təşəbbüslərin də əsasında dayanır.  Əlbəttə ki, yeni əsr, yeni yanaşmalar və yeni təşəbbüslər ortaya qoyur. 

Düz 120 il sonra, 2021-ci ildən etibarən – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu  ideyanın yenidən canlandırılması üçün təsis etdiyimiz “Qızların Təhsilinə Dəstək” layihəsi vasitəsilə  regionlarda yaşayan, sosial və iqtisadi səbəblərdən təhsildən uzaqlaşmaq riski ilə qarşılaşan qızları əhatə etməyi hədəflədik...

Bu məqsədlə hazırda qızların orta və ali təhsilə davam etməsi üçün onlara maddi və psixoloji dəstək göstərir, maarifləndirici görüşlər və təlimlər təşkil edir, ilhamverici qadın rollarını tanıtmaqla gənc qızlarda özünəinam formalaşdır mağa çalışırıq. Həmçinin qızların təhsildən uzaq qalmasının əsas səbəblərini– sosial təzyiq, iqtisadi çətinliklər və mənfi stereotiplərin addım-addım aradan qaldırılması üçün səyləri birləşdiririk.

 Layihəmizin əsas mesajı aydındır: “Hər qızın oxumaq, öyrənmək və öz taleyini müəyyənləşdirmək haqqı var.” Odur ki bu 4 il ərzində qızların: orta və ali təhsilə davam etməsini təşviq  etmək, erkən nikah hallarının qarşısını almaq,  valideynlər və yerli icmalar arasında maarifləndirməni gücləndirməklə yüzlərlə ailənin həyatına toxunmağa çalışdıq. Qanunvericiliyin təkmilləşməsi və yeni icra mexanizmlərinin yaradılması üzərində bütün tərəfdaşlarımızla səmərəli əməkdaşlıq qurduq.  Nəticədə təhsildən ayrılmaq üzrə olan onlarla qızlar məktəbə qayıdıb, bir çoxu ali təhsil müəssisələrinə daxil olub. Bir qismi bu arzusuna çatmaq üçün hazırlıq kurslarına cəlb olunub. Bu prosesə ilk ildə qatılan onlarla tələbə qız isə məzun olaraq artıq müstəqil həyata qədəm qoyub. Reallaşmasına çox böyük həvəslə çalışdığımız isə "Gələcəyə əmin addımlarla" Səhid xanımlarının təhsilinə dəstək proqramımızdır.Bu çərçivədə təhsil alan xanımların sayı bu ilin nəticələri də  daxil olmaqla artıq 34 nəfərdir.  

Azərbaycan xalqına Zəfər yaşadan igid oğullarımızın  xanımları və yadigarlarına layiqli və qürurlu həyat bəxş etmək üçün onların öz ayaqları üzərində möhkəm dayanmasına imkan verəcək təhsil və əmək vərdişləri əldə etmələrinə yardımçı olmaq bizə qürur verir. Bir sözlə qadının, xüsusilə gənc qızların təhsilinə yatırılan sərmayənin,  çəkilən zəhmətin əslində, bütün millətin gələcəyinə qoyulan investisiya olduğuna əminliyi artırmağa çalışırıq. Bu isə bir layihənin icrasından daha  böyük hədəfə xidmət edir.

Zeynalabdin Tağıyev cəmiyyətə bir məktəb deyil, bir düşüncə tərzi bəxş etdi. Bu gün dövlət qurumları, vətəndaş cəmiyyəti və fərdi təşəbbüslər həmin ideyanı müasir şəraitdə yenidən həyata keçirir. Hazırkı nəticələrimiz  sübut edir ki,  qadının ictimai, siyasi, sosial statusu, eləcə də  bir fərd olaraq bugünü və gələcəyi üçün ən güclü sosial müdafiəsi təhsildən başlayır. Cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi, insan hüquqlarının təmin edilməsi, inkluzivliyin,davamlı və dayanıqlı inkişafın etibarlı bünövrəsi də təhsildir. Əgər 124 il bundan əvvəl Zeynalabdin Tağıyev bu millətə maarifin qığılcımını bəxş etdisə,İndi bu alov minlərlə gənc qızın gözündə, sinif otaqlarında, laboratoriyalarda, universitet auditoriyalarında parlayır.

Bu isə inkişaf və çiçəklənmə naminə xalqın azad ruhunun, qadının iradəsinin ifadəsi və dövlətin onu təmin etmək yolunda sərgilədiyi siyasətin təntənəsidir.

Bahar Muradova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see257

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see253

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see249

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see247

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see241

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see234

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see231

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see228

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see220

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see209

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see204

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see200

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see197

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see195

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see195

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see192

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see190

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see184

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see178

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri