Bu gün Bakıda Dünya Kubokuna start veriləcək
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 19 ölkədən gimnastlar medal qazanmaq uğrunda mübarizə aparacaqlar.
Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.
Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Qeyd edək ki, Dünya Kubokuna martın 9-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















