Icma.az
close
up
RU
Bu gün banklar ölkədəki bütün maliyyə aktivlərinin təxminən 95 % nə nəzarət edir

Bu gün banklar ölkədəki bütün maliyyə aktivlərinin təxminən 95 % nə nəzarət edir

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün banklar ölkədəki bütün maliyyə aktivlərinin təxminən 95 %-nə nəzarət edir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İnkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün Əl-Ula" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə,maliyyə inklüzivliyi Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan iqtisadiyyatlarda əsas qlobal mövzulardan biri olaraq qalır.

Azərbaycanın yetkin əhalisinin 70 %-nin artıq bank hesabı var ki, bu da qısa müddətdə mühüm nailiyyətdir. Lakin AMB-nin xüsusilə monetar siyasət və maliyyə sabitliyi sahəsində üzləşdiyi çağırışlar qalmaqdadır.

"Bank aktivlərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 42 % təşkil edir ki, bu da iqtisadiyyatın bank sektoru ilə kifayət qədər əhatə olunmadığını, lakin böyük artım potensialının olduğunu göstərir. Bu gün banklar ölkədəki bütün maliyyə aktivlərinin təxminən 95 %-nə nəzarət edir. Digər problem dövriyyədə olan nağd pul vəsaitlərinin yüksək səviyyədə olmasıdır: M0 göstəricisi M2-nin (geniş mənada pul kütləsi) 43 %-ni təşkil edir", - AMB sədri qeyd edib.

O vurğulayıb ki, Mərkəzi Bank maliyyə inklüzivliyini artırmaq üçün tənzimləmə və infrastrukturun təkmilləşdirilməsinə diqqət yetirir.

"Biz yerli ani ödəniş sistemini və açıq bank xidmətini tətbiq etmişik. AMB bank sektoru, sığorta bazarı, kapital bazarı, ödəniş sistemləri və fintexin tənzimlənməsinə cavabdehdir. Bu geniş mandat bizə bank və sığorta xidmətlərinə, kapital bazarına və fintex həllərinə çıxışı təmin edərək açıq maliyyə infrastrukturunu inkişaf etdirməyə imkan verir. Bu il biz xüsusilə fintex startapları üçün maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq eKYC sisteminin tətbiqinə başlamışıq", - T.Kazımov bildirib.

Onun sözlərinə görə, tələb baxımından AMB təhsil proqramları həyata keçirərək maliyyə savadlılığının artırılması istiqamətində fəal iş aparır.

"Artıq səkkiz ildir ki, manatın məzənnəsi sabit qalmaqla 1 ABŞ dolları üçün 1,7 manat təşkil edir. Ənənəvi olaraq belə şəraitdə faiz dərəcələri səmərəsiz alət hesab edilsə də, təcrübəmiz bunun əksini göstərir. Biz 2022-ci ilin sentyabrında pul bazarı və risksiz dövlət istiqrazları üzrə gəlirlilik əyrisi yaradaraq yenilənmiş monetar siyasətə start verdik. Nəticədə 2024-cü ildə fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 43 % artıb. Bu, banklar arasında rəqabətin güclənməsi sayəsində mümkün olub", - AMB sədri vurğulayıb.

T.Kazımov qeyd edib ki, AMB-nin mandatı makroiqtisadi sabitliklə yanaşı, maliyyə sabitliyini, o cümlədən maliyyə sektorunun tənzimlənməsi və nəzarətini əhatə edir.

"Biz bədbəxt hadisələrdən icbari sığorta sistemini yeniləyərək, rəqəmsal kanallar vasitəsilə avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası daxil olmaqla ayrı-ayrı kateqoriyalarda 100 %-lik əhatə dairəsinə nail olmuşuq. Bu il daşınmaz əmlakın fəlakət risklərindən icbari sığortası üçün bənzər sistem tətbiq etməyi planlaşdırırıq", - o bildirib.

Ötən ilin sentyabrında kapital bazarında dövlət kommersiya bankının tarixdə ilk IPO-su (İlkin Kütləvi Təklif) baş tutub ki, bu da fərdi investorların sayının 40 dəfə artmasına səbəb olub.

"Artım aşağı bazadan başlasa da, bu, nağd pul (M0) da daxil olmaqla əhəmiyyətli dərəcədə yeni vəsaitlər cəlb edib. Diqqətəlayiq haldır ki, IPO-ya abunə yazılışlarının 98 %-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilib və bu gün təkrar bazarda əqdlərin 99,9 %-i rəqəmsal formatda baş tutur. Bu, Azərbaycanda maliyyə inklüzivliyi sahəsində əldə edilmiş uğurların yalnız bir hissəsidir", - T.Kazımov sonda əlavə edib.

report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://banco.az
archiveBu xəbər 17 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri