Bu gün bir daha sübut olundu ki, onlar da insandırlar Arne Slot
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda öz meydanında "Real Madrid"i məğlub edən (0:2) "Liverpul"un baş məşqçisi Arne Slot bu görüşdə Kilan Mbappe və Məhəmməd Salah kimi ulduzların penaltini qola çevirə bilməməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini BBC belə çatdırıb:
"Penaltilərin qola çevriləcəyini düşünürdünüz, amma hər iki futbolçu şansını boşa verdi. Bu gün bir daha sübut oldundu ki, onlar da insandırlar, hədəfdən yayına bilərlər. Mbappenin zərbəsinə Kelleher inanılmaz reaksiya verdi. O, bizim üçün qeyri-adi iş gördü".
Qeyd edək ki, "Real" Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü, "Liverpul" isə 15 xalla 1-ci yerdədir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















