Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Bu gün devrilən Bəşər Əsəd hakimiyyətə necə gəlmişdi?

Bu gün devrilən Bəşər Əsəd hakimiyyətə necə gəlmişdi?

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Axar.az Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyatı və siyasi kariyerası ilə bağlı bəzi məlumatları təqdim edir:

Bəşər Hafiz Əsəd 1965-ci il sentyabrın 11-də Dəməşqdə Suriya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı, briqada generalı Hafiz Əsəd və Anis Maxlufun ailəsində anadan olub. Bəşər ailədə beş uşaqdan üçüncüsü idi.

Əsədlər Ələvi dininə mənsubdurlar. 1988-ci ildə Dəməşqdəki elit “Hürriyyə” liseyində təhsil alıb, 22 yaşında Dəməşq Universitetinin Tibb fakültəsini oftalmologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Daha sonra Dəməşqdəki Tişrin hərbi xəstəxanasında işləyib.

1992-ci ildə London Universitetində Müqəddəs Meri Klinikasında təcrübə keçmək üçün Britaniyaya gedib. Bəşərin atası Hafiz Əsəd Birləşmiş Ərəb Respublikasının süqutundan sonra 1963-1970-ci illər arasında 10 ildən az müddətdə üç hərbi çevrilişdə iştirak edib. 1963-cü il çevrilişi zamanı Suriyada BƏƏ-nin dirçəlişini müdafiə edən sosialist Bəəs Partiyası hakimiyyətə gəlib. 1966-cı il çevrilişi nəticəsində Bəəs iki əks hissəyə bölünüb və Salah Cədid hakimiyyətə gəlib. 1970-ci ildəki son çevriliş nəticəsində Cədid devrilib və onun yerinə Hafiz Əsəd gəlib, 2000-ci ilə - ölənə qədər prezident olub. 2000-ci ilin iyununda Hafizin ölümündən sonra onun oğlu Bəşər Əsəd ölkə prezidenti təyin edilib.

Başlanğıcda Bəşərin böyük qardaşı Basil varis postuna namizəd idi. Lakin o, 1994-cü ildə avtomobil qəzasında dünyasını dəyişib, bundan sonra Bəşər Londondan Dəməşqə qayıdıb, burada 1995-2000-ci illərdə Respublika Qvardiyasının elit diviziyasında xidmət etməkdən Suriya prezidentinin müşaviri vəzifəsinə qədər yüksəlib. Bəşər 2000-ci ilin iyulunda, 34 yaşında Suriyanın başçısı təyin edilib.

Onun təyinatını təmin etmək üçün Suriya parlamenti ölkə konstitusiyasında dəyişiklik edərək, prezidentliyə namizədin Əsədi seçmək üçün minimum yaş həddini 40-dan 34-ə endirib.

Əsəd sülaləsinin hakimiyyəti dövründə Suriya İsrail və ABŞ-la çətin münasibətlər qurub. Təl-Əviv Dəməşqi antiisrail qrupları - Hizbullah, HƏMAS və İslami Cihadı maliyyələşdirməkdə və dəstəkləməkdə ittiham edib. Bundan əlavə, Suriya və İsrail orduları dəfələrlə - 1967-ci ilin altı günlük müharibəsi və Livan vətəndaş müharibəsi (1975-1990) zamanı silahlı münaqişələrə giriblər. Vaşinqton Suriya hakimiyyətini Səddam Hüseynin 2000-ci illərin ortalarında devrilməsindən sonra İraqdakı rejimi və terror təşkilatlarını dəstəkləməkdə ittiham edib. Bəşər Əsəd İsraillə, xüsusən də Qolan təpələrinin mülkiyyəti məsələsində sülh danışıqlarının aparılmasını müdafiə edib. Eyni zamanda, Əsəd İsrailin yüksəklikləri işğalını pisləyib və atasının Suriya ilə İsrail arasındakı münaqişə ilə bağlı xəttini davam etdirib. Bölgə hələ də mübahisəli ərazi olaraq qalır.

2005-ci ildə Əsəd 1976-cı ildən Livanda olan qoşunlarını çıxarıb.

2010-cu ildə Yaxın Şərqdə inqilablar dalğası başlayıb. “Ərəb baharı” adlandırılan inqilablar 2010-cu ilin dekabrından 2012-ci ilin dekabrına qədər davam edib. Hökumət əleyhinə nümayişlər Suriyaya da təsir edib. Əsəd hakimiyyətini devirmək cəhdi 2011-ci ilin martında başlayan vətəndaş müharibəsi ilə nəticələnib.

Suriyada toqquşmalar fonunda çoxpartiyalı sistemin əsasını qoyan konstitusiya dəyişikliyi baş verib. Bundan əlavə, 2014-cü ildə ilk “rəqabətli” prezident seçkiləri keçirilib və Əsəd səslərin 88%-ni qazanaraq üçüncü dəfə - 2021-ci ilə qədər prezident səlahiyyətlərinin icrasına başlayıb. Lakin Qərb dövlətlərinin əksəriyyəti seçkiləri qeyri-legitim sayıb. Eyni zamanda, İŞİD terror qruplaşması 2015-ci ilin ortalarına qədər Suriya ərazisinin təxminən 80%-nə nəzarəti ələ keçirib. Suriya hakimiyyəti yalnız ölkənin qərbinə və paytaxt Dəməşqə nəzarət edib.

Əsədin nəzarətində olan ərazidə başqa bir müxalif qruplaşma olan “Cəbhət ən-Nüsrə”nin silahlıları da var idi. 2015-ci ilin sentyabrında Rusiya qüvvələrinin Suriyada yerli terror qruplaşmalarına qarşı əməliyyatı başlayıb və bu əməliyyat son vaxtlara qədər davam edib. Daha sonra Suriya hakimiyyəti ərazinin 90%-ə qədərinə nəzarəti bərpa edib və İŞİD qruplaşmasının yaraqlıları Suriyada əvvəlki dominant mövqelərini itirib.

Qərb ölkələri, o cümlədən Türkiyə Suriya hakimiyyətini hərbi cinayətlərdə ittiham edib. 2023-cü il noyabrın 15-də Fransa məhkəməsi 2013-cü ildə kimyəvi silahdan istifadə etdiyi iddiası ilə Əsədin beynəlxalq həbsinə order verib.

2021-ci ildə Suriyada yenidən prezident seçkiləri keçirilib və Əsəd yenə qalib gəlib. O, 2028-ci ilə qədər Suriyanı idarə etməli idi.

2024-cü il noyabrın 27-də “Heyət Təhrir əş-Şam” müxalifət birliyi genişmiqyaslı və sürətli hücuma keçib. “Heyəti Təhrir əl-Şam” silahlıları, onların müttəfiqləri olan Azad Suriya ordusu ilk günlərdə Suriyanın ən böyük şəhərləri Hələb və İdlibi, daha sonra Həma və Xümsü ələ keçirib.

Dekabrın 8-də isə silahlı müxalifət Dəməşqə daxil olub və Əsəd rejiminə son qoyub.

Bəşər Əsəd ailəsi ilə Moskvaya qaçıb və Rusiyadan sığınacaq alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Dekabr 2024 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri