Icma.az
close
up
RU
Bu gün Fətəli Xan Xoyskinin anadan olmasından 149 il ötür Xəbər saytı Son xəbərlər və Hadisələr

Bu gün Fətəli Xan Xoyskinin anadan olmasından 149 il ötür Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin doğum günüdür. Onun anadan olmasından 149 il ötür.

Fətəli xan İsgəndər oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəkidə anadan olub.

Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20 000 nəfərlik qoşunu ilə Üçkilsəyə sığınmışdı.

Cəfərqulu xan 1806-cı ildə Şəki xanı təyin olunub. 1814-cü ildə o, vəfat etdikdən sonra Şəki xanlığını oğlu İsmayıl idarə edib. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilib və Rusiyanın tərkibinə qatılıb.

Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxıblar. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klassik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin Hüquq fakültəsini bitirib.

Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləyib. Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olub.

O, Gəncə quberniyasından (o zaman Yelizavetpol adlanırdı) II Dövlət Dumasına deputat seçilib.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verib. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının Qurultayında iştirak edib. 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya Seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olub.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən, Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabineti təşkil olundu.

Professor V.İ.Razumoskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsindən məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində də Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu.

Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanıb.

1919-cu ilin martında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefa verib.

Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinetində xarici işlər naziri vəzifəsinə icra edib. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin xidmətləri olub.

AXC-nin süqutundan sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedib. 1920-ci ilin iyunun 19-da erməni milliyyətçisi, qatil Aram Yerganian (Ermənistan "Milli Qəhrəmanı") tərəfindən güllə ilə vurulub və hadisə yerində həyatını itirib.

Fətəli xan Xoyski 44 yaşında vəfat edib.

O 1920-ci il iyunun 19-da Tbilisidə Mirzə Fətəli Axundovun qəbrinin yanında dəfn edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri