Bu gün Hafiz Paşayevin doğum günüdür
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.
BAKU.WS xəbər verir ki, Hafiz Mir Cəlal oğlu Paşayev 2 may 1941-ci ildə Bakı şəhərində anadan olub.
O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.
1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Hafiz Paşayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.
100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.
O, 2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 29 aprel 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Evlidir, iki övladı, dörd nəvəsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 02 May 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















