Icma.az
close
up
RU
Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir Ayxan Abbasov

Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir Ayxan Abbasov

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Şamaxı" 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

"Çempionat dayananda, bir az qədrini bilirik. İlk oyun idi. Rəqib "Neftçi" idi, özü də səfərdə. Onlarda yeni oyunçular var idi. İlk oyunda rəqibləri təhlil etməkdə çətinlik çəkirdik. Bizim də yenilərimiz var idi. Onlara da səfərdə bu arenada "Neftçi"yə qarşı oynamaq çətin idi. Amma ilk oyna baxmayaraq, futbolçularımdan razı qaldım. Birinci hissə daha çox hücumlarla keçdi, rəqibin üstünlüyünü bilirdik. Bizdə yorğunçuluq oldu. Dəyişiklik etdi. Səfərdə bir xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq istəyirik, futbolçularımızın daha yaxş inikişafını istəyirik. Əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymamışdılar."

- Heyətin geniş olmaması işinizi çətinləşdirəcək? Pulunuz yoxdur deyə, legioner gətirə bilmirsiz?

- Görsəz komandanı necə qurmuşuq..Ehtiyat qüvvə bizdə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Onların da şansı gələcək. Əlbəttə ki, onların oyunu ilə digərlərinin oyununda fərq olacaq. Heyətimiz qarşımıza qoyulan hədəfə çatmağa imkan verir. Bizim də büdcəmiz çox olsaydı, 16-17 legionerlər gətirərdik. Yerliləri də transfer edə bilmirik. Yerli futbolçular gətirmək bizim üçün legioner gətirməkdən asandır. Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir. Biz də istəyirik. Amma hədəfimiz başqadır. Emil Süleymanova əsas heyətdə şans versəm, inanıram ki, pis olmayacaq. Oruc və Edqar da bura daxildir. Onları da meydançada görəcəyik. 

- Edqarın ehtiyatda qalması nə ilə əlaqədar idi? 90 dəqiqə oynamağa hazır deyil?

- Edqar bizim əsas oyunçumuzdur. Toplanışda son oyunlarda dəyişiklik edirdik. Edqarın cinahında rəqabət var. Bu, onun inkişafına gətirəcək. Edqarın böyük potensialı var. Bizi tam qane etməsi üçün çox çalışmalıdır.

- İlk qol sizə psixoloji üstünlük verdi. Qarşıdakı matçlarda da bunu düşünəcəksiz?

- Məqsədimiz qol vurmaqdır. Amma birinci hissə, ya ikinci hisə..."Neftçi" kimi komandaya qol vurduqdan sonra bizə təzyiq artacaqdı. Bunu bilirdik. Cinah müdafiəçisini çıxarıb, yarımmüdafiəçiləri cinahlara atdı rəqib. Rezabala ikinci hissə bizə başağrı oldu. 2:0 olsaydı, tam başqa cür olardı. "Neftçi"nin də dirəkdən dönən epizodu oldu. Bizdən üstün rəqiblərə qol vurmaq, psixoloji üstünlükdür. Təzyiqə dözməlidirlər. Futbolçularımı təbrik etdim ki, son 10 dəqiqə "Neftçi"nin təzyiqinə dözdük. Ötən mövsüm son dəqiqələrdə çox qol buraxırdıq. Futbolçularımın soyuqqanlığı çatmırdı ötən mövsüm. Rüfət abbasov ötən mövsümlə müqayisədə daha soyuqqanlıdır. Hamısı inkişafımıza doğru gedəcək. Əsas odur təslim olmayaq.

- ELçin Məsiyevlə iki dəfə sərt mübahisə yaşadız. Nə baş vermişdi?

- Elçin Məsiyevi birincisi təbrik etdim. Fəxr etdik, qürurumuzdur. Futbol hakimliyi, inspektoru olsun, UEFA-da bizi təmsil edəndə adımızdır. Ondan xahiş etdim ki, qızıl alan hakimsən xırda foulları az ver(gülür). Pis idarə etmədi. Xırda foullar var idi ki, bizdə sarı oldu, rəqibdə yox. 

- U-21 yığmasının baş məşqçisi kimi necə düşünürsüz, yerlilər bug ün az idi. Hazırki durumu necə şərh edərdiz?

- Bununla bağlı öz fikrimi çox demişəm. Bu qərar çıxanda oxumusuz. Yerli futbolçu çox oynamalıdır. Durumla mən də ayaqlaşmalıyam. Əsas heyətdə 2 oyunçu idi. Amma sonradan meydana girənlər gənc və yerlilər idi. Buna qayıtmaq, danışmaq gecdir. Qərarlar verilib. Yeniliklər çoxdur. Özümüz üçün maraqlıdır. 

- "Şamaxı"nın baş məşqçisiz, amma U-21 yığmasını da çalışdırırsız. Heyəti quranda nə qədər klubu fikirləşsəz də, U-21 oyunçularının oynaması üçün, praktikasının olması üçün, onları meydana buraxmaq məcburiyyətindəsiz. Bu sizin özünüz üçün ikiqat təzyiq yaradır?

- Yaxşı sualdır. Daxilimdə olan mübarizədir. Amma biz fikirləşəcəyik. Klub olaraq, həm rəhbərlik, həm biz onsuz da ötən mövsüm U-21-in baş məşqçisi olmayanda da, Rüfət Abbasovu, Rauf Rüstəmlini gətirəndə, oranı düşünmürdük. Prinsiplərimiz gəncləri yetişdirməkdir. Komandada rəqabət var. Oyun olacaq ki, bu riskə gedəcəyik. Amma unutmayaq ki, "Şamaxı"nın da yerini qaranti etməliyik. Gələcək imkan verərsə, daha çox şans verəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Avqust 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri