Bu gün Latviyanın BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsi ilə bağlı səsvermə keçiriləcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Latviyanın 2026-2027-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı səsvermə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Nyu-Yorkda təşkil olunan plenar iclas çərçivəsində baş tutacaq səsvermədə Latviyanı ölkənin xarici işlər naziri Baiba Braje təmsil edəcək.
Seçki nəticələrinin bu gün yerli vaxtla saat 18:15-də açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Latviya tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasına üzv olmaq üçün namizədliyini irəli sürüb. Seçkilərdə Latviyanın rəqibləri Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası və Liberiyadır. Ölkə Şərqi Avropa Qrupuna ayrılmış bir yer uğrunda mübarizə aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















