Paytaxtın mərkəzində ucuz həyət evləri satışa çıxarıldı 41 MİN MANAT!
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Paytaxtın mərkəzinə yaxın yerləşən 20-ci sahə qəsəbəsində daşınmaz əmlak bazarındakı cari vəziyyət və evlərin qiymətləri diqqət çəkir. Şəhərin mərkəzi hissələrinə cəmi bir neçə dəqiqəlik məsafədə yerləşməsinə baxmayaraq, bu ərazidə qiymətlərin nisbətən ucuz olması və geniş seçim imkanları alıcıların diqqətini cəlb edir.
Turkustan.az xəbər verir ki, bazardakı elanlara əsasən, qəsəbədə evlərin qiymətləri onların sahəsindən, otaq sayından və ümumi şəraitindən asılı olaraq dəyişir. Ərazidə ən aşağı qiymətli təkliflərdən biri 41 000 manata satılan 2 otaqlı və 30 kvadratmetrlik evdir. Sahəsi 47 ilə 70 kvadratmetr arasında dəyişən 2 və 3 otaqlı evlər əsasən 55 000 – 60 000 manat aralığında təklif olunur. Daha geniş sahəyə malik həyət evləri və mənzillər isə 83 000, 85 000 və 90 000 manat kimi qiymətlərlə alıcılara təqdim edilir. Qəsəbədə həmçinin 100 000 manata satılan 4 otaqlı və 75 kvadratmetrlik evlər də mövcuddur.
Səbail rayonunun bu massivində qiymətlərin nisbətən ucuz olmasının əsas səbəbləri ərazinin relyef xüsusiyyətləri və sərt yamaclarda yerləşməsi, bəzi küçələrdə nəqliyyatın hərəkətinin və avtomobil girişinin çətin olması, eləcə də köhnə tikili fondunun üstünlük təşkil etməsi və infrastruktur məhdudiyyətləridir.
Bütün bu çatışmazlıqlara baxmayaraq, mərkəzə yaxın yaşamaq istəyən və büdcəsi məhdud olan alıcılar üçün 20-ci sahə əsas alternativlərdən biri olaraq qalır./“Yeni Sabah”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Noyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















