Icma.az
close
up
RU
Bu gün Qarabağa qayıdan hər bir vətəndaş əmindir ki, onun arxasında güclü dövlət və onun lideri dayanır ŞƏRH

Bu gün Qarabağa qayıdan hər bir vətəndaş əmindir ki, onun arxasında güclü dövlət və onun lideri dayanır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocavənd və Xocalıya növbəti səfəri bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərdə həyat tamamilə yeni mərhələyə qədəm qoyub. Bu səfər həm mənəvi baxımdan dərin rəmzi məna daşıyır, həm də Azərbaycanın yenidənqurma və inkişaf yolunda nə qədər qətiyyətli olduğunu göstərir. Əgər bir zamanlar bu torpaqlarda viranəlik və sükut hökm sürürdüsə, bu gün dövlətimizin iradəsi və xalqımızın birliyi nəticəsində azad edilmiş ərazilərimiz dirçəlir, canlanır, inkişaf edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri planlı və ardıcıl şəkildə davam edir: “Bu gün Xocavənddə və Xocalıda yeni yollar salınır, yaşayış kompleksləri inşa olunur, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri tikilir, enerji və su təchizatı sistemləri qurulur. Prezident İlham Əliyev Xankəndi, Xocavənd və Xocalıya növbəti səfəri zamanı Hadrut qəsəbəsində inşa edilmiş məscidin, Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib, Qırmızı Bazar, Hadrut qəsəbələrində və Sos kəndində keçmiş məcburi köçkünlərə verimiş evlərdə yaradılmış şəraitlə yaxından tanış olub. Dövlətimizin başçısı həmçinin Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bütün bunlar sübut edir ki, görülən işlərin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı və rifahı dayanır”.

S.Salmanova qeyd edib ki, Prezidentin azad edilmiş ərazilərə hər səfəri xalqla birbaşa təmasın, dövlət-vətəndaş əlaqələrinin canlı nümunəsidir: “Dövlətimizin başçısı bu səfərlərlə həm görülən işlərə nəzarət edir, həm də xalqla birbaşa ünsiyyət qurur. Bu isə xalqda böyük ruh yüksəkliyi və gələcəyə inam yaradır. Bu gün Qarabağa qayıdan hər bir vətəndaş əmindir ki, onun arxasında güclü dövlət və onun lideri dayanır. Prezidentin səfərləri, eyni zamanda, xalqın qələbə ruhunu qoruyur, işğaldan azad olunmuş torpaqlarda milli həmrəyliyi daha da möhkəmləndirir”.

Milli Məclisin deputatı bildirib ki, Xocavənd və Xocalı bu gün təkcə keçmişin acı xatirəsi yox, həm də gələcəyin ümid, inkişaf və yenidənqurma ünvanıdır: “Dövlətimizin yaratdığı şərait nəticəsində Qarabağda həyatın bütün sahələrində ciddi canlanma müşahidə olunur. Artıq söhbət yalnız fiziki infrastrukturun bərpasından getmir. Eyni zamanda, burada xalqın ruhunun dirçəlişi, mədəniyyətimizin, tariximizin və kimliyimizin yenidən ayağa qalxması prosesi gedir. Bu bölgələrə göstərilən diqqət və qayğı onu deməyə əsas verir ki, nə bir kənd, nə bir vətəndaş diqqətdən kənarda qalmayacaq. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalqın isə bu siyasətə verdiyi güclü dəstək sayəsində Qarabağda qurulan yeni həyat Azərbaycanın milli iradəsinin və əzmkar dövlət siyasətinin təntənəsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri