Icma.az
close
up
RU
Bu gün siyasətçi Rəşid bəy Topçubaşovun vəfatından 97 il ötür Xəbər saytı Son xəbərlər və Hadisələr

Bu gün siyasətçi Rəşid bəy Topçubaşovun vəfatından 97 il ötür Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün siyasətçi, Əlimərdan bəy Topçubaşovun oğlu Rəşid bəy Topçubaşovun vəfatından 97 il ötür.

BAKU.WS xəbər verir ki, Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu 1901-ci il oktyabrın 26-da Tbilisidə anadan olub. 1910-cu ilin sentyabrından 1918-ci ilin aprelinə qədər Bakı Real Məktəbində təhsil alıb.

1919-cu ildə Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti sədrinin şəxsi katibi olub. 1919-cu ilin avqustunda anası Pəri xanım Topçubaşova Rəşid bəyin hökumət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edilməsi üçün Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə məktub yazır.

O məktubunda qeyd edir ki, Rəşid bəy Parisdədir və pansiona daxil olub. Tarix-filologiya və ya texniki ixtisas üzrə ali təhsil almaq istəyir.

Müraciət qəbul edildikdən sonra Rəşid bəy də Cümhuriyyət tələbələri sırasında yer alır. Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra dövlət tərəfindən təyin edilmiş təqaüd də kəsilir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Soveti tərəfindən xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Topçubaşovun təhsilini uğurla davam etdirməsi göstərilir.

Burada həm də o qeyd olunur ki, Rəşid bəy Topçubaşov maddi vəziyyətinin pis olmasına baxmayaraq Sovet Azərbaycanı tərəfindən ayrılmış təqaüdü qəbul etməkdən imtina edib. Paris Siyasi Elmlər Məktəbini bitirib.

1925-ci ildə Parisdə yaradılmış "Fransadakı Azərbaycanlılar Cəmiyyəti"-ndə fəaliyyət göstərib. Cəmiyyətin məqsədi Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra Fransaya mühacirət edən azərbaycanlıları Fransa cəmiyyətinə qovuşdurmaq və Fransa vətəndaşlarını Azərbaycanın tarixi və mədniyyəti ilə tanış etmək olub.

Cəmiyyətin ilk işi 4 iyul 1925-ci ildə Parisdə yerləşən Femina teatrında Üzeyir Hacıbəylinin Arşın mal alan musiqili komediyasının tamaşasını təşkil etmək olub. Rəşid bəy Topçubaşov Fransadakı Azərbaycanlılar Cəmiyyətinin katibi olub.

Ailəsinin üzləşdiyi maddi və mənəvi sıxıntılara görə meydana çıxan vərəm xəstəliyinə görə 1927-ci ilin bu günü yəni dekabrın 17-də dünyasını dəyişib. Paris ətrafında yerləşən Sen-Klu məzarlığında dəfn edilib.

Atası Əlimərdan bəy Topçubaşov Azərbaycanın tanınmış nəsillərindən olan Topçubaşovlardandır.

O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmaqla yanaşı müxtəlif illərdə müxtəlif vəzifələri tutub.

Anası Azərbaycan mətbuatının əsasını qoymuş, publisist, pedaqoq Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşovadır. O, Tiflis rus gimnaziyasında təhsil almış ilk azərbaycanlı xanımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Dekabr 2024 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri