Icma.az
close
up
RU
Bu gün söz qızlarındır

Bu gün söz qızlarındır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

11 Oktyabr Beynəlxalq Qızlar Günüdür

Hər il oktyabr ayının 11-i ölkəmizdə də Beynəlxalq Qızlar Günü qeyd olunur. BMT-nin 2011-ci ildə təsis etdiyi bu günün məqsədi diqqəti qız uşaqlarının hüquqlarının müdafiəsinə, onların təhsilinə, sağlamlığına və təhlükəsizliyinə yönəltməkdir.

Dünyanın bəzi ölkələrində qız uşaqları hələ də təhsil almır, erkən nikahlara məcbur edilir, ailədə öz sözlərini deməkdən çəkinirlər. Bu isə cəmiyyətin inkişafına, iqtisadi və mədəni tərəqqisinə mane olur. Bu baxımdan qızların hüquqlarının müdafiəsi, onlara dəstək verilməsi hər bir dövlətin prioritetidir. Ölkəmizdə də gender bərabərliyinin təmin olunması, erkən nikahların qarşısının alınması və ictimai həyatda qadınların aktivliyinin artırılması müsbət nümunələrdəndir.

Beynəlxalq Qızlar Günü bəşəriyyətin gələcəyinə yönəlmiş çağırışdır. Qızların səsini eşitmək, onları dinləmək sabahın daha ədalətli və maarifli dünyasının təməlini qoymaqdır.

Əlamətdar gün münasibətilə redaksiyamızda çalışan xanım əməkdaşlarımızın duyğu və düşüncələrini təqdim edirik.

Qızların xoşbəxtliyi təhsildən keçir

Qızlarımız toxunduğu hər yeri gözəlləşdirir, səliqə-sahmanı, ağlı və tərbiyəsi ilə daim seçilirlər. Onlar yaxşı təhsil alıb gərəkli peşə sahibi olanda həyat dəyişir. Bu isə cəmiyyətimizin yüksəlişinə yol açır. Əbəs yerə deməyiblər, oğlanlar oxuyanda özünü, qızlar isə ailəsini xilas edir. Savadlı ana tərbiyəli və bilikli övlad, zəkalı nəsil, daha gözəl gələcək deməkdir.

Ümumiyyətlə, təhsil hər bir şəxsin həyatında mühüm rol oynayır. Təhsil almaq təkcə hər hansı bir elmi öyrənmək, peşəyə, ixtisasa yiyələnmək deyil, həm də insanın şəxsiyyət kimi formalaşmasına, dünyagörüşünün genişlənməsinə, sosial mühitin öyrənilməsinə və onun bir parçasına çevrilməsinə təsir göstərir. Bu baxımdan, təhsil hər bir insanın, xüsusilə də qızların həyatında həlledici əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”. Dövrünün görkəmli pedaqoqu, publisisti, ictimai-siyasi xadimi Şəfiqə Əfəndizadə yazırdı: “Bir millətin tərəqqisinin göstəricisi, o millətin qadınıdır, buna görə də qadınlar təhsil almalı, maariflənməlidirlər”.

Vaxtilə böyük xeyriyyəçi, Azərbaycanda təhsilin inkişafında mühüm rolu olan Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız”.

Bu misalların sayını artırmaq olar və onların hər birində vacib mesaj var: Qadın təhsilli olmalı, özünü ailədə və cəmiyyətdə təsdiqləməli, həyatın bütün sahələrində aktiv iştirak etməli, rəqabətə dayanıqlı olmalıdır. Nə üçün? Çünki qadınların təhsilinə investisiya qoymaq çox yüksək nəticələr doğurur: yaşayış yaxşılaşır, uşaq və ana sağlamlığı qorunur və qızların təhsilə çıxışı artır. Beləliklə, savadlı, bilikli və peşəkar qadınlar bütün inkişaf faktorlarına müsbət təsir göstərir. Ölkəmizdə qızların təhsilinə olan diqqət bir çox ölkələrdə yoxdur. Bu gün qızlarımıza verilən hüquqlar başqa ölkələrdə yaşayan qızların arzusu, xəyalıdır.

XX əsrdə Azərbaycan qadınları qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçdilər ki, bu da onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklərə səbəb oldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artdı. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malik oldular.

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur.

Təsadüfi deyil ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilir. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapır.

Beynəlxalq Qızlar Günündə qızlarımıza, ilk növbədə, xatırladaq:

Mütləq, oxuyun, qızlar! Oxuyun ki, sizi gözləyən, önünüzə çıxan, ayağınıza dolaşan bütün əngəlləri aşa biləsiniz. Əmin olun, bu dünyada qızların bərabər təhsil ala bildikləri, ayrı-seçkiliyə məruz qalmadıqları və həyatları boyu öz qərarlarını verə bildikləri bir gələcək var!

Qızlar dünyanın yaraşığıdır

Dünya bəzən boz, soyuq, sükut içində görünür. Amma bir gülüş, baxış, bir qızın zərif səsi hər şeyi dəyişə bilir. Qızlar rəngin, duyğunun, mərhəmətin, sevgiyə olan inamın təcəssümüdür, onların varlığı ilə günlər işıqlanır, hisslər dərinləşir, sükut musiqiyə çevrilir.

Xanımların gülüşü saf, təbii, içdən gələn bir sevinc kimi bahar çiçəklərinə bənzəyir. Hərəsinin gülüşü bir ruhu isidir, hər birinin baxışı bir hekayə danışır. O baxışlarda həm uşaq saflığı, həm qadın müdrikliyi gizlənir. Dərin dəniz kimi baxışlar insanı düşündürür, bəzən isə bütün sirləri unutdurur.

Qızlar bəşəriyyətin ruhudur, onlar dünyaya sevgi bəxş edirlər. Onların varlığı insanın saf duyğularını oyadır, ürəkləri yumşaldır, ən qaranlıq gecələrə işıq salır. Həyatın incə ipini elə bir ustalıqla toxuyurlar ki, hər kəs o ipdə öz xoşbəxtliyini tapa bilir.

Bəzi ölkələrdə qızların azadlığı əllərindən alınır, ailə və ya cəmiyyətin təzyiqi altında arzuları məhv olur. Ailə qurmağa məcbur edilən qızların taleyində gülüşlər solur, gözlərindəki işıq sönür.

Bir qızın azadlığı dünyaya rəng qatır, həyat ahəng tapır. Onların azad düşünməsi, öz istəklərini ifadə edə bilməsi cəmiyyətin inkişafının göstəricisidir. Azad qızlar azad cəmiyyət yaradır, onun azadlığı bir xalqın, gələcəyin azadlığıdır. Təhsil bu azadlığın açarıdır. Əsrlər boyu maarifpərvər insanlar qızların təhsilinə önəm veriblər, çünki təhsilli qız gələcək nəsilləri də işıqlandırır.

Bəli, qızlar kainatın ən zərif incisi, Tanrının dünyaya bəxş etdiyi ən gözəl rəngdir və bu rənglə bütün bəşəriyyət al-əlvan boyanır. Bir qızın gülümsədiyi yerdə ümid, sevgi, həyat var. Dünyanı gözəlləşdirən, onu cənnət edən də qızlardır.

Qaranlıqda nur axtaranlar

Qızlar dünyanı sakit görmək istəyirlər, amma bu anlayışın, mərhəmətin sükutudur. Onlar istəyirlər ki, dünya bir az nəfəs alsın, yalanlardan, kin-küdurətdən, müharibələrdən xilas olsun.

Sevgi onlar üçün qışın ən soyuq günündə isti nəfəs, qaranlıq gecədə sönməyən ulduzdur. Onlar istəyirlər ki, sevgi göz yaşlarını silsin, qəlbi sevindirib dünyanı gözəlləşdirsin.

Qızlar dünyanın tərs üzünü çox görüb. Onlar bilirlər ki, hər baharın arxasında qışın sərt soyuğu var. Amma güllü-çiçəkli, ətirli bağçalarda şəfqət toxumu əkirlər. Orada sevgidən ağaclar boy atır, mərhəmətdən bulaqlar çağlayır. Çünki qızlar istəyirlər ki, heç kim göz yaşını gizlətməsin. Baxışlar danışsın, sözlər məlhəm olsun. İnsanlar bir-birinə baxanda görsün, dinləyəndə eşitsin, qəlbdən-qəlbə yol tapsınlar.

Ailə qızların ilk dünyası, ilk sevgisidir. Onlar işığı analarının gözlərində görmək istəyirlər. O baxışda istilik, sevgi, dəstək axtarırlar. Ana qəlbinin ritmində azadlığın səsini duyurlar. Ata qızlar üçün vüqarlı dağ, sarsılmaz dayaqdır. Onun sözlərində hikmət, baxışında etibar görməyi arzu edirlər.

Böyüyürlər, söykənəcək çiyin, ən çətin anların ümid körpüsü olurlar. Çünki qız olmaq kimsə görmədən göz yaşı töküb başını dik tutmaq, qaranlıqda belə nur axtarıb, onu başqaları üçün çıraq etməkdir.

Qız olmaq içində tufan qopsa da gülümsəməkdir. Dünyanın yükünü çiyinlərində daşıyıb, yenə də heç nə olmamış kimi nazlı-nazlı addımlamaqdır. Qız olmaq gecənin qaranlığında öz qorxularınla tək qalmaq, amma sübh işığında yenidən parlaq baxışlarla dünyaya rəng qatmaqdır. Hətta ən qaranlıq yollara belə işıq saçmaqdır.

Onlar gələcəyə ümidlə baxırlar

Dünya dəyişir, zaman yenilənir, amma bir həqiqət daim qalır: cəmiyyətin inkişafında qızların rolu əvəzsizdir. Bu gün qızların həyata baxışı fərqlidir, onlar karyera qurur, ailə dəyərlərini yaşadır, elmdə, incəsənətdə, idmanda, ictimai həyatda söz sahibidirlər.

Təhsili prioritet hesab edir, özlərini inkişaf etdirməyi həyat tərzinə çevirirlər. Cəmiyyətin onlardan gözləntiləri yalnız “ailə qurmaqla” məhdudlaşmır. Qızların istedadı və potensialı dövlət siyasətində dəstəklənir, müxtəlif sahələrdə çalışmaq üçün onlara hər cür şərait yaradılır. Dövlət proqramları, təqaüdlər, sosial layihələr qızların inkişafına, cəmiyyət həyatında fəal iştirakına geniş imkanlar təqdim edir və bu dəstək onların uğur qazanmasında həlledici rol oynayır.

Qızlar ailəni həyatın ən mühüm dəyəri hesab edirlər. Ana olmaq, ailə qurmaq, nəsil yetişdirmək – cəmiyyətin mənəvi dayaqları məhz bu dəyər üzərində qurulur. Ən önəmlisi, müasir dövrdə qızlar ailə həyatı ilə karyera qurmaq arasında tarazlıq yaratmağı bacarırlar. Onlar sübut edirlər ki, qadın həm peşəkar ola, həm də ailədə sevgi və harmoniya yarada bilər.

Bu ikili rol onların cəmiyyətdəki təsirini daha da gücləndirir. Qızlar sosial ədalət, insan hüquqları, ekoloji problemlər kimi məsələlərə də həssas yanaşırlar. Gənc qadınların baxışı cəmiyyətin daha şəffaf, daha ədalətli və daha humanist olmasına yönəlib. Onlar bu dəyişikliyin sadəcə xəyal deyil, zərurət olduğunu dərk edirlər.

Bu gün qızlar “mən bacararam” demir, “mən edəcəyəm” deyirlər. Onların özlərinə inamı, məqsədyönlülüyü və iradəsi gələcəyi dəyişir. Azərbaycan qızları həm milli-mənəvi dəyərlərə sadiqdir, həm də müasir dünyanın tələblərinə uyğun düşünür. Bu harmoniya tarix boyu güclü qadınlarla tanınan xalqımız üçün yeni bir inkişaf mərhələsi deməkdir. Qızların həyata baxışı gələcəyə ümiddir. Onlar yalnız öz həyatlarını deyil, bütöv cəmiyyətin taleyini formalaşdırırlar. Bu gün onların səsi eşidilir, fikri qiymətləndirilir, uğuru alqışlanır. Çünki güclü qız – güclü ailə, güclü cəmiyyət və güclü dövlət deməkdir.

Hazırladılar:
Mehparə ƏLİYEVA,
Elenora HƏSƏNOVA,
Ləman TƏHMƏZ,
Fidan ƏLİYEVA,
Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see256

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see246

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see203

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see174

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see170

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see170

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see162

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see151

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see140

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see135

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see132

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see132

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see132

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see132

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see130

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see130

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see127

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see124

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see123

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri