“Barselona” “Sabah”ı 7 cavabsız qolla məğlub edib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
“Barselona” klubunun U-19 komandası UEFA Gənclər Liqasının V turu çərçivəsində Bakıda “Sabah”ın U-19 komandası ilə qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən görüş Kataloniya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Barselona”nın gənclərdən ibarət komandası səfərdə böyükhesablı qələbə qazanaraq turnirdə növbəti üç xalı əldə edib.
Qeyd edək ki, qarşılaşma UEFA Gənclər Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin V turuna təsadüf edib. “Sabah” bu oyuna qədər turnirdə keçirdiyi dörd qarşılaşmanın hamısında məğlub olmuşdu. Azərbaycan təmsilçisi əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted”, Çexiyanın “Slaviya Praqa”, Almaniyanın “Borussiya Dortmund” və Norveçin “Vikinq” komandalarına uduzmuşdu.
“Barselona” isə Bakı səfərinə qədər dörd oyunda bir qələbə, iki heç-heçə və bir məğlubiyyətlə beş xal toplamışdı. İspaniya klubu “Qalatasaray”ı 1:0 hesabı ilə məğlub etmiş, PSJ ilə 1:1, “Aston Villa” ilə isə 3:3 hesablı heç-heçə etmişdi. Komanda turnirdəki digər qarşılaşmasında Niderlandın “Feyenoord” klubuna 1:2 hesabı ilə uduzmuşdu.
“Barselona”nın U-19 komandası üçün Bakı səfəri UEFA klub turnirlərində indiyədək ən uzaq səfərlərdən biri olub. Klubun rəsmi məlumatına görə, İspaniya ilə Bakı arasındakı səfər məsafəsi 3 970 kilometr təşkil edib. Komandanın baş məşqçisi Albert Peris bu səfər üçün 20 futbolçuya dəvət göndərmişdi.
Xatırladaq ki, UEFA Gənclər Liqasının liqa mərhələsində komandalar altı turda mübarizə aparırlar. “Sabah”ın növbəti rəqibi dekabrın 8-də səfərdə qarşılaşacağı İspaniyanın “Vilyarreal” klubu olacaq. “Barselona” isə həmin tarixdə İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gələcək. /Trend
Baxış sayı:24
Bu xəbər 25 Noyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















