Fransada polis bölməsində şər ruhları qovmaq üçün şaman çağırdılar
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Fransanın Lurd şəhərində polis əməkdaşları çalışdıqları binanı “şər ruhlardan” və mənfi enerjidən təmizləmək üçün polis bölməsinə şaman dəvət ediblər. Hadisə yerli hakimiyyət orqanlarının da diqqətini çəkib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları bölmədə kadr çatışmazlığından və ağır iş şəraitindən şikayət ediblər. Onlardan biri yaşanan problemlərin səbəbinin binada toplanmış mənfi enerji ilə əlaqəli ola biləcəyini irəli sürüb və şaman çağırmağı təklif edib.
Təklif qəbul edildikdən sonra binada xüsusi təmizlənmə mərasimi keçirilib. Təşkilatçıların fikrincə, bu ayin məkanı mənfi enerjidən və şər ruhlardan azad etməli idi.
Polis həmkarlar ittifaqının nümayəndəsi Remi Qonsales bildirib ki, bölmə rəhbəri əməkdaşlarının iş şəraitini yaxşılaşdırmaq və onların narahatlığını azaltmaq üçün çıxış yolu axtarıb.
Hadisə yerli hakimiyyət orqanlarında suallar yaradıb. Şəhər administrasiyası şamanın həqiqətən polis bölməsində olduğunu təsdiqləsə də, mərasimin əməkdaşların şəxsi təşəbbüsü ilə təşkil edildiyini açıqlayıb.
Bildirilib ki, ayinin xərcləri də polis əməkdaşları tərəfindən şəxsi vəsaitləri hesabına ödənilib və bu məqsədlə dövlət büdcəsindən pul ayrılmayıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Noyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















