Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Rusiyadan miqrantları üzən QƏRAR

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Bu gün Ümumdünya Göllər Günüdür

Bu gün Ümumdünya Göllər Günüdür

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 27 avqust, AZƏRTAC

Ötən ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il avqustun 27-də yeni ekoloji tarix – Ümumdünya Göllər Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün BMT Baş Assambleyasının 2024-cü il 12 dekabr tarixli qətnaməsi ilə təsis edilib və Yer kürəsinin heyrətamiz su ekosistemləri olan göllərə həsr edilib.

Günün təsisçilərinin fikrincə, həmin beynəlxalq tarix yalnız cəmiyyətin diqqətini təbiətin və ətraf mühitin zənginliyinə və gözəlliyinə yönəltmək üçün daha bir fürsət deyil, həm də göllərin qorunması və onların ehtiyatlarından davamlı istifadənin təşviqi üçün insanların səylərini səfərbər etmək vasitəsidir.

Coğrafiyadan çoxlarına məlum olduğu kimi, göl quruda yerləşən, təbii çökəklikdə formalaşan və dənizlə birbaşa əlaqəsi olmayan təbii su hövzəsidir. Onun su mübadiləsi gölə tökülən çaylar, dərələr və yeraltı su mənbələri hesabına təmin olunur. Göllər quru ərazilərin demək olar ki, hər yerində yayılıb. Onların əksəriyyəti şirin sulu olsa da, duzlu sulu göllərə də rast gəlinir. Planetdə 117 milyondan çox belə su hövzəsinin olduğu və onların Yer səthinin təxminən 4 faizini əhatə etdiyi bildirilir.

Göllər planetin “həyat mənbəyi” adlandırılır, çünki onlar həm insanların gündəlik ehtiyacları, həm də kənd təsərrüfatı və sənaye üçün əlçatan şirin suyun əsas mənbələrindən biri kimi mühüm təbii resursdur. Yer kürəsindəki şirin suyun əsas hissəsi buzlaqlarda donmuş vəziyyətdə olsa da, dünya üzrə səth şirin su ehtiyatlarının təxminən 90 faizi məhz göllərdə cəmlənib. Bundan əlavə, göllər çoxsaylı balıq, bitki və vəhşi heyvan növləri üçün yaşayış mühiti yaradaraq biomüxtəlifliyin qorunmasına kömək edir, iqlimə təsir göstərir, havanın temperaturunu aşağı salır, daşqın sularını udur və karbon toplayır.

Göllər turizm sektorunda da mühüm rol oynayır. Onlar turistləri, idmançıları və balıq həvəskarlarını cəlb edir. Bununla da həmin bölgələrin iqtisadi imkanlarının və turizm cəlbediciliyinin inkişafına, yeni iş yerlərinin yaranmasına şərait yaradır.

Lakin bununla yanaşı, göllərin həddindən artıq istismarı və çirkləndirilməsi ilə bağlı ciddi ekoloji təhlükələr də mövcuddur. Gübrələrin, kimyəvi maddələrin, bərk tullantıların və çirkab suların birbaşa və ya çay sistemləri vasitəsilə göllərə axıdılması, suyun səviyyəsinin dəyişməsinə təsir edən qlobal istiləşmə, göllərin və onların ətraf ərazilərinin flora və faunasının düşünülməmiş şəkildə istismarı – bütün bunlar ekosistemlərin vəziyyətini sürətlə pisləşdirir və insanların sağlamlığına mənfi təsir göstərir.

Ekoloqların fikrincə, göllərə bu cür münasibət davam edərsə, onlar tənəzzül həddinə çata bilər. 2050-ci ilə qədər göl ekosistemlərinin dəyəri 20 faiz azala, çirklənmə 2 dəfədən çox arta, metan emissiyaları isə kəskin yüksələ bilər. Bu isə həm ətraf mühitə, həm də iqtisadiyyata ciddi zərər vuracaq. Son 50 il ərzində şirin su növlərinin sayı 85 faiz azalıb. Buna görə də bütövlükdə ətraf mühitə, eləcə də hər bir ekosistemə qayğı ilə yanaşmaq vacibdir. Göllərin ekosistemlərin dəstəklənməsində, biomüxtəlifliyin qorunmasında, iqlim dəyişikliyi ilə mübarizədə və insanların dolanışıq vasitələrinin təmin edilməsində mühüm roluna dair məlumatlılığı artırmaq lazımdır. Məhz bugünkü tarix bütün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, sabit və dayanıqlı həyat naminə gölləri qorumağa çağırır.

BMT bütün üzv dövlətləri, təşkilatları, ixtisaslaşmış qurumların üzvlərini və digər aidiyyəti tərəfləri, o cümlədən vətəndaş cəmiyyətini, özəl sektoru və elmi ictimaiyyəti Ümumdünya Göllər Gününü layiqincə qeyd etməyə çağırır. Bunun üçün göllərin və onlarla əlaqəli ekosistemlərin əhəmiyyəti, onların qorunması, bərpası və davamlı istifadəsi barədə maarifləndirmə və məlumatlılığın artırılması məqsədilə müxtəlif tədbirlərin təşkili tövsiyə olunur.

Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl müəyyən edilib ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür. Ən böyük göl Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür. Onun sahəsi 65,7 kvadratkilometr, tutumu 59,1 milyon kubmetr, Ağgölün sahəsi 56,2 kvadratkilometr, tutumu 44,7 milyon kubmetrdir. Candargöl Gürcüstanla sərhəddə yerləşir, sahəsi 10,6 kvadratkilometr, tutumu 51 milyon kubmetr, Böyük Alagölün həcmi 24,3 milyon kubmetrdir. Ümumilikdə respublikanın əsas göllərinin tam həcmi təxminən 265 milyon kubmetrə bərabərdir.

Ölkəmizdə ən dərin göl Göygöldür. Suyu göz yaşı kimi duru olan Göygöl dəniz səviyyəsindən 1556 metr hündürlükdə yerləşir. Sahəsi 80 hektar, ən dərin yeri isə 95 metrdir.

Respublikmızda göllər mənşəyinə görə 5 yerə bölünüb. Bunlardan tektonik göllər Abşeron-Qobustanda və Kiçik Qafqazda yayılıb. Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü bu tipdəndir. Buzlaq mənşəli göllər Böyük və Kiçik Qafqazın yüksək ərazilərində yaranır. Məsələn, Tufangöl belə göllərə aiddir. Uçqun və sürüşmədən yaranan bənd göllərə Göygöl, Maralgöl, Qanlıgöl və başqaları aiddir. Axmaz və ya çay-dərə göllərinə Kür çayı boyunca rast gəlinir. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul gölləri və başqaları belələrinə aiddir. Qalıq və ya relikt göllər Xəzər dənizinin qalıqları olub, şorsuludur. Acınohur, Böyükşor, Masazır və digər göllər belələrinə aid edilir.

Müxbir – Göyçək Mahmudlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see890

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see384

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see303

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see220

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see212

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see209

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see202

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see202

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see199

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see193

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see189

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see188

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see184

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see181

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see180

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see173

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see170

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see169

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri