Icma.az
close
up
RU
Bu gün Xalq artisti Əlibaba Məmmədovun anım günüdür

Bu gün Xalq artisti Əlibaba Məmmədovun anım günüdür

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Ömrü boyu musiqi ilə nəfəs alan və ürəyi mahnılarda döyünən görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədovun vəfatından 3 il ötür.

AZƏRTAC milli muğamlarımızın bilicisi, təsnif, mahnı ifaçısı və bəstəçisi, şeir-qəzəl xırıdarı olan Əlibaba Məmmədovun həyat və yaradıcılıq yolunun bəzi məqamlarına nəzər salır.

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1950-ci illərdə məşhur xanəndə Seyid Şuşinskinin sinfində təhsil alıb, Azərbaycan Dövlət Filarmoniyasının və “Azkonsert” Birliyinin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Hümayun” xalq çalğı ansamblını yaradıb. Həmin ansamblda fəaliyyət göstərən və onun sənət çeşməsindən su içən Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Zümrüd Məmmədova və başqaları öz müəllimlərinin yolunu uğurla davam etdiriblər.

Əlibaba Məmmədov muğam sənətində öz yolu, öz dəst-xətti və ifa üslubu olan ustad xanəndələrdən idi. Onun böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam–dəsgahlarının səs yazıları Azərbaycan teleradiosunun qızıl fondunun ən dəyərli inciləridir. O, sadəcə ifaçı deyildi, xalq musiqisi üslubunda 100-dən çox mahnı və təsnif bəstələmişdi. Bu mahnı və təsniflər bütün dövrlərdə müğənnilərin repertuarında yer alıb, sevilə-sevilə dinlənilib.

Sovet dövründə müğənninin, xüsusilə də xanəndənin bəstəkarlıq etməsinə yaxşı baxmırdılar. Ona görə də Əlibaba Məmmədovun bəstələdiyi mahnılar “xalq mahnısı” adı ilə təqdim olunurdu. Mahnıları böyük rəğbətlə qarşılanan və sevilən xanəndə bəstəkar kimi tanınmaqda maraqlı olmayıb. Ürəyinin diktəsi ilə hərəkət edirdi: bəyəndiyi, xoşuna gələn şeirə musiqi bəstələmək sanki iradəsindən asılı deyildi.

Ustad xanəndə 1963-cü ildən Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində təhsil alan tələbələrə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədirdi.

Əlibaba Məmmədov sənətə qədəm basdığı ilk gündən ömrünü sonuna qədər öz dəst-xətinə və ifa üslubuna sadiq qaldı. “Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil”, - onun söylədiyi bu fikirlər həyatda öz yerini aldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sənət və sənətkarlara, xüsusilə də muğamlara, xalq mahnılarına göstərdiyi diqqət milli musiqimizə yeni nəfəs verdi. Beynəlxalq Muğam Mərkəzinin tikilməsi ustad sənətkarın da ürəyincə olmuşdu. Bu xəbərdən son dərəcə təsirlənərək belə demişdi: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşür. Şükür, nəhayət bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrini bölüşmək üçün imkanımız və yerimiz olacaq”.

Bu anım gündə Əlibaba Məmmədovun ölümlə bağlı söylədiyi özünəməxsus bir fikir də yada düşür: “Mən ölümdən qorxmuram! Mənim qorxum odur ki, dünyadan köçüb gedəndən sonra musiqiləri, muğamları eşidə bilməyəcəyəm”.

Özü bu dünyadan köçsə də, bənzərsiz ifalarını, bəstələdiyi musiqi əsərlərini bizə miras qoyub getdi. O, ruhu təzələyən mahnıları ilə min-min könüldə yaşayacaq. Hər dəfə oxuduğu mahnılar səslənəndə Əlibaba Məmmədov xatırlanacaq, yada düşəcək...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri